Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (3-03-2014, 11:09)
Şeyx Bakı merinə torpaq üçün müraciət etdi

 

Bakıda “Nümunəvi qəbiristanlıq” yaradılır

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakıda “Nümunəvi qəbiristanlıq” yaratmaq barədə qərar qəbul edib.
AzNews.az-a daxil olan məlumata görə, bir müddət əvvəl dəfn mərasimlərinin təşkili, qəbirlərin sıralanması, vəfat edən şəxsin kimliyini və yerini müəyyən edən qəbir daşlarının İslam dininə uyğun olaraq hazırlanmasına dair QMİ-də məsələ müzakirə edilib. 
Qərara alınıb ki, Bakıda “Nümunəvi qəbiristanlıq” yaradılması ilə, bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında boş torpaq sahəsinin ayrılması məsələsi qaldırılsın. Artıq Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb. 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə AzNews.az-a açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, məsələ ilə bağlı hələlik İcra Hakimiyyətindən heç cavab verilməyib: 
“Hələlik heç bir cavab verilməyib. Amma ümid edirik ki, İH tərəfindən şeyxin müraciətinə müsbət cavab veriləcək və nəzərdə tutulan “Nümunəvi qəbirstanlıq” tez bir zamanda yaradılacaq”.
Hacı Mirəziz Seyidzadə indi ölülərin yuyulması, dəf edilməsi ilə bağlı problemləri də sadalayıb: 
“QMİ yalnız ölülər yuyulub kəfənlənməsi, namazın qılınması məsələsi üzərinə götürür və müəyyən qədər ölü yiyəsindən bununla bağlı nəzərdə tutulan məvacib alınır. Bu məbləğ sadəcə bu işdə əziyyəti keçən insanlara verilir. Vəfat edən şəxsin qəbir yerinin müəyyənləşdirilməsi və dəfn edilməsi məsələsi QMİ-yə aidiyyatı yoxdur. Hazırda qəbiristanlıqda yerlərin bölüşdürülməsi məsələsinə xüsusi qurumlar nəzarət edir. Bu gün qəbir yerlərinin satılması məsələsi böyük problemə çevrilib və bu, paytaxtda daha ciddi məsələdir. 
Paytaxtda müəyyən şəxslər tərəfindən qəbir yerləri 300-500 və bəzən min manatdan yuxarı qiymətə satılır. Ölü yiyəsi bəzən bu məvacibi tapa bilmədikdə QMİ-yə müraciət edirlər. Bu islam dininə zərbədir və yolverilməzdir. Qəbir yerlərinin satılması ruhanilərin üzərinə atmaq lazım deyil. Bu işi xüsusi təşkilatlar həyata keçirir və özlərinin qazanc mənbəyinə çeviriblər”. 
QMİ rəsmisi qeyd edib ki, islam aləmində hər insana onun yaşadığı ərazidə bir qəbir yeri çatmalıdır: “Təəssüflər olsun ki, bəzi insanlar ölməmişdən qabaq qəbiristanlıqda bütün yaxınları üçün qəbir yerlərini pulla alırlar. Bəzən də sözü gedən yerləri hasarlayırlar. Bəs yazıq kasıb nə etməlidir? bu sahədə vəziyyət çox acınacaqlıdır”. 
H.Mirəziz deyib ki, QMİ-də bu problemin həlli üçün “Nümunəvi qəbiristanlıq” yaradılması məsələsini qaldırılıb. O əlavə edib ki, bu qəbiristanlıq yaradıldıqdan sonra vəfat edən şəxslər islam dinidə uyğun olaraq dəfn olunacaq:
“İlk öncə kim kiminsə qohumudur və mütləq onun yanında dəfn olunmalıdır məsələsi olmayacaq. Dünyasını dəyişən şəxs sözü gedən qəbiristanlıqda cərgəyə uyğun olaraq torpağa tapşırılacaq. Bununla yanaşı dəb-dəbəli qəbir daşlarından istifadəyə icazə verilməyəcək. Yalnız vəfat edən şəxsin adı və soyadı baş daşıda qeyd olunmaqla kifayətlənəcək. 
Hacı bu cür nümunəvi qəbiristanlıq mövcud olduqdan sonra tədricən digər yerlərdə belə qəbiristanlıqların yaradılacağına əminliyini bildirib. 
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024