Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-11-2014, 14:51)
Səhiyyəmizin utanc yeri

Vətəndaş müalicə üçün xaricə üz tutur

 

Azərbaycanda tez-tez səhiyyə sisteminin bərbad olması barədə eşidirik. Vətəndaşların müalicə üçün əcnəbi ölkələrə üz tutması bu gün bir reallıqdır. Müxtəlif insanlar ən xırda xəstəlik və narahatlğa görə, İran və Türkiyə klinikalarına müraciət edirlər. Kimisi xaricdə müalicənin ucuz olmasını əsas gətirirsə, kimlərsə də, xarici klinikalardakı şəffaflığı, daha dəqiq desək keyfiyyət amilini önə çəkir. Ekspertlər isə bunu müxtəlif cür izah edirlər.
 Mediatv.AZ xəbər verir  ki, məsələni araşdırmaq üçün yenicag.az həkim və pedaqoqlardan fikrini öyrənməyə çalışdı.
Əfrahim Hüseynli. Ali dərəcəli həkim-terapevt, AYB-nin üzvü- Vətəndaşlarımızın müalicə üçün xarici ölkələrə üz tutmasının ən əsas bir neçə səbəbi var. Birinci başlayaq Avropa ölkələrinə getmələrindən. Sovetlər dönəmində ölkəmizin digər sahələri kimi səhiyyəsi də bir növ xarici ölkələrdən təcrid olunmuşdu. Məhz buna görə də səhiyyə təhsili sahəsində, eləcə də yardımçı müayinələrdə istifadə olunan avandanlıqlar sarıdan, etiraf edək ki, geri qalırdıq. Hal-hazırda isə tam əminliklə mən deyərdim ki, səhiyyəmiz ölkələr sırasında ən qabaqcıl yerlərdən birini tutur. Xarici ölkələrə üz tutanlar ürəyində o dövrün inamsızlıqları hələ də qalan insanlardır. Bəzilərinin getməsinə səbəb isə şan-şöhrəti yüksəkdə tutmalarıdır. Mən sizə Azərbaycan səhiyyəsinin uğurlarından və əvəzolunmaz həkimlərimizdən söhbət açardım və görərdiniz indi səhiyyəmiz nələrə qadirdir.Sadəcə vaxt azlığı ucbatından belə həkimlərimizdən söhbət sala bilmədim…Sizə ən sadə bir misal deyim, dünya səhiyyəsində ən tanınmış simalardan biri olan, İranda yaşayan (qəbri nurla dolsun) Cavad Heyətin durumunun ən ağır məqamında bizim səhiyyə ocağımızı seçməsi heç də əbəs yerə deyildi… Amma məncə siz əsasən İrana üz tutan xəstələri nəzərdə tutursunuz. Onu da açıqlaya bilərəm. Səmimi olaq ki, bizdə özəl klinikalarda qiymətlər əlbəttə o ölkə ilə müqayisədə çox fərqlidir. Bu fərqin belə kəskin olmasını, əlbəttə iqtisadçılar bizdən də gözəl bilirlər. O səbəbdən həmyerlilərimizin çoxu o ölkəyə üz tutur. Proqnoz isə həkimlərə daha yaxşı bəllidir. Düzdür, gedənlər özlərini bir müddət yaxşı hiss edirlər və bir müddətdən sonra anlaşılır ki, bu sadəcə inamın müvəqqəti nəticəsi imiş. Misallar çəkə bilərəm ki, xarici ölkələrdə həkimlərin səhvləri dəfələrlə bizim həkimlər tərəfindən aradan qaldırılıb.
Mircəlal Kazımi-cərrah, transpalatoloq.- İnsan azaddır. Harada müalicə olunmaq da onun seçimidir.
Nazilə Gültac-həkim, pedaqoq. Sadəcə əcnəbi ölkələrdə müayinə metodları fərqlidir. Vətəndaşlar da bu üzdən xaricə üz tutur.
Sosial şəbəkədə apardığımız kiçik sorğu isə səhiyyə sisteminin vəziyyətini daha dəqiq gözlər önünə sərdi.
Əkrəm Həsən: Milli Elmlər Akademiyasının elmi işçisi, ilahiyyatçı alim: Bunun müxtəlif səbəbləri var. Ən əhəmiyyətli səbəblərədn biri tibb sahəsində şəffaflığın olmamasıdır. Bu gün hamımıza məlumdur ki, Azərbaycanda dövlətimiz və dövlət başçımız tərəfindən şəffaflığın təmin olunması ciddi şəkildə tələb olunur. Təəssüf ki, bəzi sahələrdə hələ də boşluqlar vardır. Bu sahələrdən ən əsası da tibb sahəsidir. Məvaciblərin az olması səbəbini bəhanə gətirərək tibb mütəxəssisləri bəlkə də haqlı olaraq bu sahədə ciddi nailiyyətlərə imza ata bilmirlər. Bu təkcə tibb sahəsində yox, bütün vacib elmi strukturlarda belədir. Xüsusi ilə bu gün bizə məlumdur ki, əsas tanışlıq və pulunu ödəməklə işə qəbul həyata keçirilir. Belə olduqda da tibb mütəxəssisləri öz sahələri üzrə ciddi çalışmırlar. Bunu əlbəttə hamıya aid etmirəm. İnsaflı, çalışqan, öz peşəsini bilən tibb işçilərimiz də çoxdur. Xüsusi ilə bizdə tibb sahəsinə elmli kadrları cəlb etmək olduqca vacibdir. İnsanlar da xəstəliklərinin çarəsini biliyi olmayan həkimlərədn tapmadıqda, müalicə əvəzinə daha da xəstəlikıərinin artmasını gördükdə başqa ölkələrə üz tutmağa məcbur qalırlar. Bunun müxtəlif həlli yolları vardır. Əsas həll yollarındna biri də bu sahədə maarifçiliyin və təbliğatın artırılmasıdır. Həkimlərimiz çalışmalıdırlar ki, pulnan və tanışlıqnan işə düzəlsələr də yüksək səviyyədə müalicə profilaktika tədbirlərini həyata keçirməyi bacarsınlar ki, vətəndaşlarımız da başqa ölkələrə müalicəyə getməsinlər.
Bu əsas səbəblərdən biri olsa da burada başqa səbəblər də mövcuddur. Bunlardan biri də insanların dini baxışlarıdır. Bəzi insanlar dini baxışlarına görə meyilliyi olduğu ölkələri təbliğ edirlər. Öz ölkəmizin vətəndaşları haqqında mənfi fikirlər səsləndirirlər.
İnsanların müalicə üçün başqa ölkələrə getmələrinin səbəblərindən biri də bizdə həkimlərin bahalı firma dərmanlarına üstünlük vermələridir. Bu dərmanlar çox hallarda əks reaksiya göstərir və insanlarımız artıq həkimlərə olan inanclarını itirirlər, buna görə də xarici ölkələrə üz tuturlar.
Səbəblərdən biri də bizdə bir çox müalicəsi çətin olan xəstəliklərin müalicəsinin aparıla bilməməsidir. Bu gün biz bir ölkə olaraq xaricdən tibb mütəxəssilərini cəlb edirik. Amma bu da çox hallarda işə yaramır.
Bununla kifayətlənirəm. Digər hal-hazırda mənə məlum olmayan səbəblər də ola bilər. Allah daha düzünü bilir.
Gülnar Nəcəfova: Öz həkimlərimizə inam yoxdur,onların yanına sağlam gedib xəstə çıxırsan. Xaricdə qaranti verir. Gördükləri işə xaricə üz tuturlar ki, vaxtları ve pulları boşa getməsin,tam haqlıdırlar.
Rusif Hüseynov: Azərbaycanda tibb sahəsinin çox acınacaqlı vəziyyətdə olması ən başlıcası isə rüşvət amilidir.
Lamiyə Balacayeva: Kimisi maraq xətrinə şan şöhrət xətrinə kimisi isə Azərbaycanda kifayət qədər peşəkar kadrların olmaması ya da güvənməməsi səbəbindən xaricə gedir.
Rəfiqə Əzizova: Savadlı həkimin az olması və bu səbəbdən xidmət haqqının həddən baha olmasıdır.
Cəfər Qasımlı:Səbəb, yerli həkimlərə güvənməməkdədir.
Vüsalə Mehdiyeva:Həkimlərin yalnış diaqnozları, artıq səhiyyəyə də rüşvətin yol tapmağı, insanların həkimlərdən daha çox bir-birlərinə tövsiyələri, savadsız həkimlər, savadlıhəkimlərə şərait yaradılmaması, dərman biznezi (həkimlər dərman satilan zamanfaiz götürmələri) və s.
Xanım Muxtarova:Azərbaycanlıların müalicə üçünxaricə, xüsusilə İran, Türkiyə,Rusiya və Gürcüstana üz tutması ölkədəki səhiyyə vəziyyətinin qənaətbəxş olmaması və insanların həkimlərə olan inamsızlığından qaynaqlanır.Bundan əlavə, Azərbaycanda dərman preparatları baha, müalicə xərcləridə yüksəkdir.Nəticə olaraq, vətəndaşlar müayinə olunub, xərc töküb Bakıda müalicə almaqdansa, xaricə getməyi daha sərfəli vəfaydalı hesab edirlər.Məsələn, bugünlərdə bir tanışım Bakıda ona zob diaqnozu qoyulduğunu dedi. Amma Azərbaycan həkimlərinə inamı olmadığı üçün məcbur olub ki, Gürcüstana üz tutdu.
Bir şeyi də nəzərəalmaq lazımdır ki, səhhəti ilə bağlı problem olan hər insanın xaricə gedib orda müayinədən keçmək imkanı yoxdur.Həll yolu kimi “Səhiyyə xidmətlərinin keyfiyyəti yüksəldilməlidir” fikrini irəli sürənlər çoxdur, amma, əvvəla, ölkədə bu xidmətləri göstərəcək savadlı həkim kadrlar yetişdirmək lazımdır.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024