Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-11-2014, 20:31)
Füzulidə Bayraq günü qeyd olunub

Füzuli rayonunun Horadiz şəhərindəki Bayraq Meydanında 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Bununla bağlı Füzuli Rayon İcra Hakimiyyətindən Gunxeber.com-a verilən məlumatda deyilir: ” Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin, bələdiyyə sədrlərinin, rayon ərazisindəki N saylı hərbi hissənin əsgər və zabitlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd olunduğunu diqqətə çatdırmış, tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik etmişdir.

Alı Alıyev 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Milli bayraq haqqında qərar qəbul etdiyini vurğulayaraq bildirib ki, prezident cənb İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığını və dəyər verdiyininin əyani sübutudur.
Alı Alıyev demişdir: – “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalanmasını təmin edib. Füzulililər inanırlar ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında bayrağımız, Füzulidə, Şuşada və digər işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır”.
Alı Alıyev bildirmişdir ki, dövlət rəmzlərimizə göstərilən bu münasibət ölkəmizdə insanların azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təmin edir.
Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 28 avqust 2014-cü ildə ölkə prezidenti cənab İlham Əliyev rayona sonuncu səfəri zamanı Horadiz şəhərində Bayraq Meydanının açılış mərasimində iştirak etmiş, görülən işlərə yüksək qiymət vermişdir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. Qeyd olunmuşdur ki, dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın görünür.
Tədbir ictimaiyyət nümayəndələrinin Bayraq Meydanında gəzintisi ilə başa çatmışdır”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024