Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-02-2014, 10:23)
İdxal mafiyası 10 ildə 23 milyard oğurlayıb

 

Gömrükdə dövriyyənin gizlədilməsi hesabına büdcə hər il 2,3 milyard dollar itirir; Azərbaycanın əsas ticarət tərəfdaşı olan 26 ölkə ilə ticarət dövriyyəsinin yarıdan çoxu qeydiyyata alınmır və gəlirlər kiçik bir qrupun cibinə axır

 

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdırıb. Onun sözlərinə görə, 2010-2012-ci illərdə 12,3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata alınmayıb. Araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı 75 faizdən çoxdur.
Qubad İbadoğlunun hesablamasına görə, idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4,6 milyard dollar itirib. Son on ildə gizli idxal dövriyyəsi artan istiqamətdə davam edib: “2003-2009-cu illər arası idxalda gizli dövriyyə 42.3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62,7 faiz olub. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, ən böyük korrupsiya fiskal orqanlardadır. Büdcədən bu vəsaitlərin yayındırılması vergi yükünün sahibkarların üzərinə düşməsi ilə nəticələnir. Gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur”.
İdxalda kənarlaşmanın maksimum 10 faiz ola biləcəyini deyən iqtisadçı ekspertin sözlərinə görə, araşdırmaya cəlb olunmuş ölkələr üzrə bu göstərici bir neçə dəfə çoxdur. Araşdırmada qeyd olunur ki, 2012-ci ildə idxalda kənarlaşmalar üzrə vəziyyət belədir: Almaniya 33,1, Belarus 104,6, Çin 69,3, Macarıstan 105,9, Rusiya 106,4, Türkiyə 94,8, Gürcüstan 382,4, Ukrayna 42,2, Böyük Britaniya 62,5, Qazaxıstan 2,5, İtaliya 96,2, Cənubi Koreya 16,2, İsrail 126,3 faiz.
2003-cü ildən 2013-cü ilə qədər yerli gömrük dövriyyədən təxminən 22 milyard 960,09 milyon manat oğurlanıb. Bu pullar hesabına büdcə təşkilatlarında çalışanların əmək haqqını və pensiyaları iki dəfə artırmaq olardı.  
Beləliklə, təkcə gömrükdə dövriyyənin gizlədilməsi hesabına ildə büdcə 2,3 milyard dollar itir. Bu isə o deməkdir ki, 500 min büdcədən maaş alan müəllim-həkim və kiçik məmurlar korpusuna çatacaq pullar kiçik bir qrupun cibinə axır. Bu ilin dövlət büdcəsində əmək haqqı xərcləri 3 milyard 34 milyon manat ayrılıb. Deməli, gömrük sərhədində oğurlan 1,8 milyard manat (2,3 milyard dollar) 500 min nəfərlik büdcə təşkilatı işçilərinin əmək haqqı fondunun 40 faizini təşkil edir. Yəni 500 min nəfər 3 milyardı, bir neçə nəfər isə 1,8 milyardı bölüşür. Təbii ki, bu pullar büdcəyə köçürülsəydi, əmək haqqı fondunu 5 milyard manata çatdırmaq, məvacibləri 40 faiz artırmaq tam real olardı. Özü də söhbət təkcə bir mənbədən gedir. Neft, nəqliyyat və ticarət sektorunda büdcədən yayındırılan fantastik məbləğləri də hesablasaq, məlum olacaq ki, 500 min büdcə işçisinin gəlirlərindən bir neçə dəfə böyük məbləği barmaqla sayılacaq kiçik qruplar mənimsəyir. 
Büdcə təşkilatlarında çalışanların məvaciblərinin artırılması təklifləri gündəmə gələndə hökumət daş atıb başını tutur ki, büdcədə pul yoxdur. Ən yaxşı halda əsaslandırmağa çalışırlar ki, maaşlar artırılsa, inflyasiya güclənək. Ancaq inflyasiya riski dövriyyəyə əlavə pul girəndə artır. Büdcə oğurluğunun qarşısını almaqla dövriyyədə pul kütləsi artmır, gizli dövriyyə leqallaşır. Sadə dillə desək, hər il gömrük sərhədlərində oğurlanan 1,8 milyard manat büdcəyə yönəltmək mümkün olsa, dövriyyədə pul kütləsi artmayacaq. Bu pul onsuz da dövriyyədədir, qalır onun axın istiqamətini dəyişib büdcəyə istiqamətləndirmək. Yəni bu halda 1,8 milyard manatı 500 min nəfər arasında bölüşdürmək qəti inflyasiya riskini artırmayacaq. 
Nəhayət, bəlli olur ki, gömrük mafiyası son 10 ildə dövlət büdcəsi boyda vəsaiti öz aralarında bölüşüb. Burada izafi şərhə də ehtiyac qalmır - dövlət büdcəsi vasitəsilə yox, qara büdcələr vasitəsilə bölüşdürülür. Özü də barmaqla sayılacaq kiçik qruplar arasında, toplum isə bu bölgüdən kənardadır. Korrupsiya da elə budur.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024