Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-01-2014, 18:18)
Astara Məhkəməsi “Facebook işi” üzrə yekun qərarını açıqlayıb.

"Mediatv.az" xəbər verir ki, bu barədə Media Hüququ İnstitutu məlumat yayıb. Məlumatda bildirilir ki, məhkəmə AccessBank-ın sabiq bank işçisi Mikayıl Talıbova qarşı şikayətinə yenidən baxaraq onu rədd edib. 
Qeyd edək ki, Mikayıl Talıbov əvvəllər AccessBank-da çalışıb. Bankdakı işindən çıxarılmasını qanunsuz sayan Mikayıl Talıbov facebook-da tənqidi məzmunlu “Accessbank – Haqsızbank” adlı səhifə yaratdığına görə bank tərəfindən məhkəməyə çəkilmişdi. AccessBank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb etmişdi. Astara Məhkəməsi iş üzrə ilk qərarını 2013-cü ilin iyul ayında qəbul etmişdi. Məhkəmə facebook səhifəsindəki “Accessbank- Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gələrək M. Talıbovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən bədnam 147.1 maddəsi ilə təqsirli bilmişdi. 
Məhkəmənin hökmünə görə, M.Talıbov aylıq qazancının 20%-nin dövlətə ödəməklə 1 il müddətinə islah işləri cəzası çəkməli, habelə facebook-da təkzib verməli (!) idi. Ancaq Şirvan Apellyasiya Məhkəməsi 2013-cü ilin noyabr ayında rayon məhkəməsinin bu hökmünü ciddi prosessual pozuntulara yol verilməsi səbəbindən ləğv edərək işi yenidən baxılmaq üçün Astara Məhkəməsinə qaytarmışdı. 
Astara Məhkəməsi işə yenidən hakim Mübariz Məmmədovun sədrliyi ilə baxıb. AccessBank-ın nümayəndələri sonuncu məhkəmə iclasına qatılmayıblar. Məhkəmə bu dəfə AccessBank-ın şikayətini əsassız sayaraq rədd edib. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024