Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-06-2014, 11:53)
Azərbaycanlı məmur məşhur rus bankına sədr seçildi

 

ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov Bank VTB ASC-nin yeni tərkibli Müşahidə Şurasının müstəqil üzvü seçilib

 

Bunu Axar.az-a Azərbaycan Respublikası Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentindən bildiriblər. Qurumdan verilən məlumata görə 2014-cü il iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib.
 
Yığıncaqda bankın 2013-cü il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2013 əməliyyat ilinin sonuna mənfəətin bölüşdürülməsi, Müşahidə Şurasının 11 nəfərdən ibarət yeni tərkibinin təsdiqlənməsi, bankın növbəti əməliyyat ili üçün auditorunun seçilməsi, bank nizamnaməsinin yeni mətninin təsdiq olunması və digər əhəmiyyətli məsələlər müzakirə edilib.
 
İclasda ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov Bank VTB ASC-nin yeni tərkibli Müşahidə Şurasının müstəqil üzvü seçilib.
 
Qeyd edək ki, 2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024