Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (17-06-2014, 15:43)
Ağdam təhsil Şöbəsi müdirinin – ÖLÜ CANLARI

 

Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova Ağdam təhsilini özəl sektora çevirib. Ağdam təhsilinin xanım patronu rayonun bütün təhsil sistemini qaynı, Ağdam rayon Təhsil Şöbəsinin inspektoru Bayram Məmmədovun ixtiyarına verib. Bayram Məmmədov isə öz növbəsində Ağdam təhsilini açıq bazara çevirib.
Qeyd edək ki, davamlı olaraq mətbuatda Ağdam rayon Təhsil Şöbəsində Elmira Şükürovanın çox milyonlu korrupsiya əməlləri ilə bağlı məlumat məlumatlar dərc olunur. Son olaraq Ağdamdan daxil olan məlumatda bildirilir ki, Dövlət Qulluğu haqqında qanuna zidd olaraq Elmira Şükürova yaxın qohumu Bayram Məmmədovu uzun müddətdir ki, təhsil şöbəsində inspektr vəzifəsində çalışdırır. Hətta çalışdırmaq azdır, xanım müdirə Ağdam təhsilini bütünlüklə qaynının ixtiyraına buraxıb.
Məlumata əsasən təhsil şöbəsində əsas iş icraçısı olan Bayram Məmmədovun həyat yoldaşı Ətayə Məmmədova 5 saylı köçkün tam orta məktəbin direktorudur. 5 saylı köçkün tam orta məktəbi isə Bərdə rayonunda Şirvanlı kəndində fəaliyyət göstərir. Bildirilir ki, əslində məktəb sənəd üzərində fəaliyyət göstərir. Çünki 2013-cü ildən həmin ərazidə məskunlaşmış ailələr Bərdə rayonun salınmış köçkün qəsəbələrinə köçürülüblər.
Məktəbin şagirdləri 1 saylı köçkün məktəbində təhsil aldıqları halda 5 saylı məktəb şirvanlı kəndində sənəd üzərində fəaliyyət göstərir. Bayram Məmmədov həmin məktəbin siniflərini Xındırıstan kənd tam orta məktəbin şagirdləri hesabına formalaşdırıb. Belə ki, Xındırıstan kəndində yaşayan və həmin kənddə ayrı-ayrı siniflərdə təhsil alan şagirdlərin adı eyni zamanda 5 saylı köçkün tam orta məktəbində gedir. Bildirilir ki, Təhsil Nazirliyi istərsə, bu özbanılığı və büdcə talançılığını istənilən zaman aşkar edib ortaya qoya bilər.
Məlumata əsasən Bayram Məmmədovun 5 saylı məktəbi şəxsi mülkü hesab edir və hər ay həmin məktəbdən 8 min manat gəlir əldə edir. Adları həmin təhsil müəssisəsində müəllim olaraq gedən müəllimlərin isə 5 saylı məktəbdə işləmələri barədə heç bir məlumatları yoxdur. Bildirilir ki, həmin müəllimlərdən bəziləri Gəncə şəhərində  avtomobil  zavodunda,  bəziləri isə Bakı şəhərində ayrı-ayrı müəssisələrdə çalışırlar.
Bundan başqa daxil olan məlumatda göstərilir ki, Bayram Məmmədovun maxinasiyaları bununla bitmir. 18 iyun 2014-cü il tarixdə keçiriləcək imtahanlarda iştirak edəcək hər bir şagird üçün Bayram Məmmədov hesab qoyub. Belə ki, Elmira Şükürovanın qaynı şəxsən məktəb direktorlarına tapşırıb ki, IX sinif şagirdləri şəhadətnamələr üçün 30 manat, XI sinif şagirdləri isə attestat üçün 50 manat pul ödəməlidirlər. Qeyd edək ki, sabah keçiriləcək imtahanların pulu artıq qabaqcadan yığılıb və iddiaya əsasən artıq Bayram Məmmədova çatdırılb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024