Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Sosial (12-11-2017, 16:00)
Şəxsi məlumatlarımızın oğurlanmasında günahkar kimdir: DYP, yoxsa agentlər?

Şəxsi məlumatlarımızın oğurlanmasında günahkar kimdir: DYP, yoxsa agentlər?

 

Azərbaycanda sığorta bazarında bir neçə sığorta növü mövcuddur. Onlardan bəziləri məcburi şəkildə, bəziləri isə könüllülük əsasında edilən sığorta növləridir. Avtomobillərin icbari sığortası isə məcburi sığorta növünə aiddir. Hər bir avtomobil sahibi ildə bir dəfə maşınını icbari sığorta etdirir. Hətta, sığortanın vaxtı keçərsə DYP tərəfindən 50 manat cərimə olunur. Sürücüləri isə bu mövzuda narahat edən başqa səbəb var. Belə ki, sığortanın bitməsinə bir neçə gün qalmış artıq müxtəlif sığorta şirkətləri sürücüyə zəng edib öz paketlərini təklif edirlər. Vəziyyət o yerə çatır ki, sürücünün əsəbləri korlanır. Bu zaman belə bir sual yaranır. Sürücünün şəxsi məlumatını və telefon nömrəsini başqa şirkətlər necə əldə edir? Bəzi sürücülər iddia edir ki, şəxsi məlumatları sığorta şirkətlərinə DYP-i verir.

Mediatv.az xəbər verir ki, Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, hər hansı sığorta agenti bir şirkətdən çıxıb başqa şirkətə gedəndə müştərilərinin məlumatlarını özü ilə aparır və yeni şirkətdə daha çox müştəri cəlb etmək üçün bu məlumatlardan istifadə edir: "Avtomobil sahiblərinə zəng edib yeni şirkətin xidmətlərini təklif edirlər. Baş Dövlət Yol Polis İdarəsi heç bir halda avtomobil sahibinin şəxsi məlumatlarını hər hansı sığorta şirkətinə verə bilməz".

Sığorta eksperti Xəyal Məmmədxanlı iddia edir ki, aparılan araşdırmalara görə DYP-də bu məlumatlar çox dağınıq şəkildədir: "Onlar tərəfindən şirkətlərə məlumatların ötürülməsinə bir az şübhə ilə yanaşıram. Amma agentlərin köhnə iş yerindən gedərkən yeni iş yerinə müştərilərin məlumatlarının daşıması inandırıcıdır".

"Sığorta fəaliyyəti haqqında qanun"un 6-cı maddəsi ''Sığorta sirri" adlanır. Bu məlumatlarda sığorta edən şəxsin məlumatları sığorta sirri hesab olunur və yayılması qadağandır. Sadəcə məlumatı kimin yaydığını dəqiq bilinmədiyi üçün, heç kəs cəzalandırılmır" — deyə Məmmədxanlı əlavə edib.

Hüquqşünas Asif Abdullayev qeyd edib ki, əgər bir işçi işdən azad olunursa, əmək müqaviləsinə əsasən iş yerində olan məlumatları gizli saxlamalıdır: "Əgər o agent digər şirkətə keçən zaman köhnə iş yerinin məlumatlarını özü ilə apararsa və bu sübut olunarsa, o işçini keçmiş iş yerindən məhkəməyə verə bilərlər. Sadəcə bunu sübut etmək çətindir. Amma etiraf etməliyik ki, bu məsələ günün ən böyük problemlərindəndir".

Onun sözlərinə görə problemə qlobal şəkildə baxılmalıdır.

"Məsələnin axırına çıxmaq üçün araşdırmaq lazımdır ki, şirkətlərə kimlər tərəfindən və hansı əsasla nömrə verilib. Bir nəfər tərəfindən yox, kütləvi halda şikayət olmalıdır ki, məsələ həllini tapsın" – deyə vəkil əlavə edib.



Reklam
Xəbər lenti
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı