Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Sosial (10-11-2017, 21:00)
Yol qəzaları niyə axşam saatlarında baş verir?

Yol qəzaları niyə axşam saatlarında baş verir?

 

Son günlər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrində piyadaların vurulması hallarının artması müşahidə edilir. 

Mediatv.az Lent.az-a istindən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu qəzaların əsasən günün alatoranlıq və qaranlıq vaxtlarında, yəni saat 17-19:00 aralığında baş verdiyini deyib. Polis polkovnikinin sözlərinə görə, həmin saatlar insanların işdən çıxaraq evə getdikləri vaxtdır: 

“Piyadalarımızın əksəriyyətinin yolu keçmək vərdişləri isə hamıya bəllidir. Xüsusilə də tələsəndə. Əlbəttə, evə tələsənləri anlamaq olar. Hər kəs çalışır ki, evinə tez gedib balalarının və ya valideynlərinin yanında olsun, istirahət etsin, dincəlsin, ev işlərini görsün. Lakin bəzən onun evə tələsərkən qənaət etmək istədiyi çox kiçik zaman kəsiyi onu doğmalarından ya birdəfəlik ayırır, ya da uzun zaman müalicə almaq üçün xəstəxana çarpayısına məhkum edir. Özü də əziyyət çəkir, yaxınları da, xüsusilə də bu şəxs ailə başçısı, daha doğrusu, evin dolanışığı üçün qazanc gətirən şəxs olduqda. Təsəvvür etmək belə çətidir. Amma nə etmək olar ki, reallıqdır və demək olar ki, hər gün belə hallara rast gəlinir. 

Özü də təkcə iri şəhərlərdə deyil, rayon mərkəzlərində, hətta kəndlərdə də. Bəs belə qəzaların qarşısını necə və hansı yolla almaq olar? Yəqin ki, oxucuların çoxu polisin inzibati təsir metodunu gücləndirməsini və televiziya ekranlarında, mətbuatda geniş təbliğat işlərinin aparılmasını təklif edəcək. Əlbəttə, bu işlər görülür və bunların təsiri də var. Amma qismən. Düşünürük ki, təbliğat və maarifləndirmə işlərini hər kəs öz təfəkküründə, şüurunda aparsa, daha təsirli və daha effektiv olar. Yəni, sürətlə şütüyən avtomobilləri görə-görə, keçidin qadağan olduğunu bilə-bilə özlərini ölümün pəncəsinə atanlar öz həyatları üçün heçmi təhlükə hiss etmirlər? Çox güman ki, hiss edirlər, sadəcə, nəticəsi haqqında düşünmürlər, yaxud da düşünmək istəmirlər. Düşünmürlər ki, indi elə buradaca məni avtomobil vursa nə olacaq, nə baş verəcək? Hətta sağ qalsam belə, evimə, ailəmə verilən qəfil xəbərdən doğmalarım hansı stresi keçirəcək, bu xəbəri çatdıran telefon zənginə valideynlərimin ürəyi tab gətirəcəkmi? Yəni, bütün bunların baş verməməsi üçün 100-150, lap elə 300-500 metr məsafəni artıq gedib təhlükəsiz yerdən keçmək o qədərmi çətin və əziyyətlidir? İstəsək, edərik. 

Qalır bircə dəfə yaxşı-yaxşı düşünüb bu istəyi birdəfəlik öz şüurumuza həkk etdirmək. Və təkcə özümüzün yox, bütün yaxınlarımızın, əzizlərimizin, doğmalarımızın. Yəni, ən azı hər gün səhər-səhər evdən çıxana “Yolda tələsmə, diqqətli ol, yalnız piyada keçidindən keç” deməklə bu hərəkətlərin vacibliyini onların şüuruna yeritmiş olarıq. Yalnız özümüzə və onlara bu vərdişləri tam aşıladığımız təqdirdə nə anaların gözü yaşlı qalar, nə balalar yetim böyüyər, nə də ki, kimsə canından olar”.



Reklam
Xəbər lenti
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı