Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-10-2017, 10:02)
Polisdən yük avtomobillərinin sürücülərinə XƏBƏRDARLIQ

Polisdən yük avtomobillərinin sürücülərinə XƏBƏRDARLIQ

 

Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edir.

Mediatv.az  xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisiVaqif Əsədov Trend-ə bildirib ki, yük avtomobillərinin texniki baxışdan keçmə müddətinin bitməsinə az qalıb: “Hazırda yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi davam edir. Sürücülərə xatırladırıq ki, onlar istismar etdikləri nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər”.

V.Əsədov bildirib ki, texniki baxış müddəti bitdikdən sonra baxışdan keçməyən yük avtomobillərinin sahibləri cərimələnəcək. O qeyd edib ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır.

Qeyd edək ki, yük avtomobilləri və avtobuslar üçün texniki baxış sentyabrın 1-dən oktyabrın 31-nə qədər davam edir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024