Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-10-2017, 11:21)
Yağış Bakı-Sumqayıt yolunda tıxac yaratdı

Yağış Bakı-Sumqayıt yolunda tıxac yaratdı

 

Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Mediatv.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, tıxacın yaranması havanın yağışlı keçməsi nəticəsində yollarda suyun artması ilə əlaqədardır.

Leysan yağışları nəticəsində magistral yolda avtomobillərin hərəkətində ləngimələr baş verib. Yolun Xırdalan ərazisindən keçən hissəsində avtomobillərin hərəkət zolağının bir hissəsinin qazılması yoldakı tıxacı daha da artırıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları hadisə yerində qazıntı işləri aparır.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, ərazidəki kanalizasiya xətti yenilənir: "Həmin ərazidə bir kanalizasiya xətti var. Xətt güclü yağışlarda Xırdalan ərazisindən gələn suları daşıya bilmir. Ona görə də "Azərsu" ASC həmin ərazidə ikinci kanalizasiya xətti çəkir və mövcud xətt üzərində quyu və bacalar inşa edir ki, yağış və kanalizasiya suları həmin xətlə normal daşına bilsin".

A.Cəbrayıllı bildirib ki, tikinti işləri bir müddət davam edəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024