Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-07-2017, 11:01)
Yol polisi reyd keçirir

Yol polisi reyd keçirir

 

Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib.

Mediatv.az Report-a istinadən xəbər verir ki, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri avtomobillərini fərqli formaya salan, bundan başqa, görməni məhdudlaşdıran kustar üsulla hazırlanan pərdədən istifadə edən, o cümlədən yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub.

Keçirilən reyd zamanı sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərimələrini ödəməyən sürücülər də aşkarlanıb.

Reyddə qanunu pozan sürücülərlə Dövlət Yol Polisi əməkdaşları arasında mübahisələr də yaranıb. Hətta bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişərək şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar. Ümumiyyətlə, şəhərin müxtəlif hissələrində 3 saata yaxın davam edən yoxlamalar zamanı 30-a yaxın sürücüyə inzibati protokol tərtib olunub və xəbərdarlıq edilib.

Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərmələniblər.

Mingəçevir Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reydlər mütəmadi olaraq davam etdiriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024