Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Cəmiyyət (19-07-2017, 10:31)
Füzulidə torpaqların təyinatına uyğun istifadəsinə nəzarət gücləndirilib

Füzulidə torpaqların təyinatına uyğun istifadəsinə nəzarət gücləndirilib

 

Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin qorunmasına, torpaqların təyinatına uyğun, məqsədyönlü istifadə olunmasına nəzarət gücləndirilib.

Rayon ərazisində torpaqlardan istifadəyə dair qanunvericiliyin icra vəziyyətinin yoxlanılması, bu sahədə mövcud olan möqsanların aradan qaldırılması istiqamətində konkret işlərə görülür. Belə ki, Prezident cənab İlham Əliyevin respublikada ərzaq bolluğu yaradılması, xüsusilə strateji məhsul olan taxılçılığın inkişaf etdirilməsi barədə tapşırıq və göstərişlərinə uyğun olaraq dövlət qış otlaq fonduna aid olan əvvəllər ayrı-ayrı vətəndaşlar tərəfindən kortəbii şəkildə təyinatına uyğun olmadan istifadə olunan 4000 ha ərazinin təyinatı dəyişdirilməklə 4 iri taxılçılıq təsərrüfatı yaradılıb. Bundan başqa rayonun inzibati ərazisinə aid olan əvvəllər örüş-otlaq məqsədilə ayrı-ayrı vətəndaşların icarəsində olmuş 2700 ha ərazinin də təyinatı dəyişdirilməklə, Aqroparkın istifadəsinə verilib, 500 ha ərazinin isə təyinatı dəyişdirildikdən sonra toxumçuluq təsərrüfatının istifadəsinə verilməsi nəzərdə tutulub.

Füzuli rayonu ərazisində torpaqların təyinatına uyğun, məqsədyönlü istifadə olunması üçün rayonun aidiyyəti qrumların, hüquq-mühafizə orqanlarının, icra nümayəndələrinin, blədiyyələrin iştirakı ilə müşavirə və yığıncaqlar keçirilir, kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatına uyğun, məqsədyönlü istifadə olunması müzakirə olunur. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli icra nümayəndələrinin və aidiyyəti qrumların iştirakı ilə yerlərdə torpaq istifadəçiləri ilə görüşlər keçirilir, torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunur, bu sahədə maarifləndirmə, izahat işləri aparılır. Bildirilir ki, dövlət qış otlaq fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlardan yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 fazidən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər.

Qeyd olunur ki, qış-otlaq fonduna aid olan torpaqlarda təyinatına uyğun olmadan əkin aparanlar dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyalardan, mineral gübrələrdən, digər güzəşt və imtiyazlardan istifadə edə bilmirlər.

Torpaq istifadəçiləri olan hüquqi və fiziki şəxslərə torpaqlardan təyinatına uyğun olmadan başqa məqsədlər üçün istifadə edilməsinə, torpağın yararsız hala salınmasına, əsası olan tikinti işlərinin aparılmasına görə "İnzibati Xətalar” Məcəlləsində nəzərdə tutulan cərimlərin miqdarı izah olunur.

Rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə torpaqların təyinatına uyğun məqsədyönlü istifadə olunması ilə bağlı mütəmadi olaraq ərazidə monitorinqlər aparır, qanunvericiliyin tələblərinin qorunmasını araşdırır və müvafiq tədbirlər görür.

 

Füzulidə torpaqların təyinatına uyğun istifadəsinə nəzarət gücləndirilib
Füzulidə torpaqların təyinatına uyğun istifadəsinə nəzarət gücləndirilib
Füzulidə torpaqların təyinatına uyğun istifadəsinə nəzarət gücləndirilib

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024