Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Cəmiyyət (13-07-2017, 13:37)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

Şamaxıda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

 

İyulun 13-də Şamaxıda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndərə öz hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər.

Şamaxı şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları salamlayaraq tarixi günün əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublikamızın rəhbərliyinə gəlməsi ən yeni tariximizin dönüş mərhələsinin başlanğıcı olmuş, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılmasının möhkəm əsaslarını yaratmışdır.

Sonra rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi və fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri Azərbaycanın dönüş, dirçəliş dövrü olduğunu vurğulayan natiq, məhz 1969-cu ilin 14 iyulundan başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və surətli inkişaf yoluna qədəm qoyulduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Ulu Öndər 1993-2003-cü illərdə ölkəmizin rəhbəri olduğu dövrdə başladığı müstəqil Azərbaycanın quruculuq işlərini davamlı olaraq həyata keçirmiş və müstəqil dövlətin qurucusu, yaradıcısı kimi Azərbaycan tarixində Ümummilli Lider səviyyəsində özünə yer tutmuşdur. Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti onun 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. 48 il bundan əvvəl başlanan yol bundan sonra da Azərbaycan üçün aparıcı yol olacaq və Azərbaycan xalqı daim Ulu öndər Heydər Əliyevin yolu ilə gedəcəkdir.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin fundamental əsaslarını yaratmasından danışmış, Ulu Öndərin siyasi davamçısı Prezident cənab İlham Əliyevin bu gün sosial-iqtisadi, siyasi və ideoloji baxımdan ölkənin inkişaf etdirilməsində çox uğurlu addımlar atdığını bildirmişlər.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024