Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Cəmiyyət (7-07-2017, 15:12)
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında “Mən Zəhrayam!” şüarı səsləndirildi

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında “Mən Zəhrayam!” şüarı səsləndirildi

 

Gürcüstandakı azərbaycanlı gənclər bu gün Ermənistanın Tbilisidəki səfirliyinin binası qarşısında Alxanlı faciəsi ilə bağlı etiraz aksiyası keçirib.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, aksiya Tbilisinin “Marcanişvili” metro stansiyasından yürüşlə başlayıb və Ermənistan səfirliyi qarşısında dinc aksiya ilə davam etdirilib. İştirakçılar Ermənistan silahlı bölmələrinin törətdiyi növbəti təxribat nəticəsində iki dinc sakin – nənə və 2 yaşlı nəvənin həlak olmasını qətiyyətlə pisləyiblər. “Mən Zəhrayam!”, “Qarabağa ədalət!”, “Xocalıya ədalət!”, “Qafqazda terrora son!” şüarları ilə keçirilən aksiyaya 30-a yaxın azərbaycanlı gənc fəal qatılıb.

Sonda iştirakçıların Alxanlı faciəsini qınayan etiraz bəyanatı Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndəsinə təqdim olunub.

Tələbə Leyla Əmrahova bildirib ki, aksiyanın keçirilməsində məqsəd Gürcüstan ictimaiyyətini Ermənistan tərəfindən törədilmiş son hərbi cinayət barədə məlumatlandırmaq və erməni silahlı bölmələrinin mülki şəxsləri, körpələri hədəfə almasını qətiyyətlə pisləməkdir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024