Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-06-2017, 10:28)
Naxçıvanda hərbi təlim: Azərbaycan - Türkiyə Silahlı Qüvvələri öz gücünü göstərdi – FOTO

Naxçıvanda hərbi təlim: Azərbaycan - Türkiyə Silahlı Qüvvələri öz gücünü göstərdi – FOTO

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, iyunun 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat-taktiki təlimləri başlanıb.

Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat-taktiki təlimi izləyiblər.

Təlimə Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib.

Təlimin gedişində təmir-təxliyə, maddi-texniki və tibbi təminat tapşırıqları da uğurla yerinə yetirilib. Təlimə cəlb edilmiş birləşmə və hissələr qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirərək hədəf və maketlərin 90 faizindən çoxunu məhv edib və düşmən üzərində qələbə çalıblar.

Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı səslənib.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasına daxil olmuş yeni silah, texniki avadanlıqlar və pilotsuz uçuş aparatlarına baxıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevtəlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.

Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.

 

Naxçıvanda hərbi təlim: Azərbaycan - Türkiyə Silahlı Qüvvələri öz gücünü göstərdi – FOTO
Naxçıvanda hərbi təlim: Azərbaycan - Türkiyə Silahlı Qüvvələri öz gücünü göstərdi – FOTO
Naxçıvanda hərbi təlim: Azərbaycan - Türkiyə Silahlı Qüvvələri öz gücünü göstərdi – FOTO
Naxçıvanda hərbi təlim: Azərbaycan - Türkiyə Silahlı Qüvvələri öz gücünü göstərdi – FOTO
Naxçıvanda hərbi təlim: Azərbaycan - Türkiyə Silahlı Qüvvələri öz gücünü göstərdi – FOTO

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024