Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-05-2017, 21:36)
DÖVLƏT QAZ NƏZARƏTİ XİDMƏTİNİN REGİONAL BÖLMƏSİ SAHİBKARLARI İNCİDİR

 

Mediatv.az Azerinfo.az-a istinaden xeber verir ki,

 

 

XİDMƏT RƏHBƏRLİYİ İSƏ "AZƏRİQAZ" İB-Nİ ƏSASSIZ YOXLAMALAR APARMAQDA İTTİHAM EDİR
*
Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev sahibkarlıq fəaliyyətinə süni müdaxilə edən, əsassız yoxlamalar aparan məmurlara sərt formada xəbərdarlıq edib: "Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxır gedir. Budur reallıq. Bu heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır". Ölkə başçısı bu məsələdə qətiyyətli mövqe sərgiləyərək, hələ 2015-ci ilin oktyabr ayında sahibkarlıq obyektlərində yxlamaların iki il müddətinə dayandırılması ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürmüş və bu təşəbbüs Milli Məclisdə dəstəklənərək reallaşmışdır.
Təbii ki, bu qərar iş adamları tərəfindən razılıqla qarşılandı. Sahibkarlar bu addımın ölkədə istehsal və xidmətlərin həcminin, keyfiyyətinin yüksəlməsinə təkan verəcəyini düşünürdülər.
Lakin sonrakı müşahidələr göstərdi ki, bə qərarın bəzi məmurlara sanki aidiyyati yoxmuş. Sahibkarlıq obyektlərində əsassız yoxlamalarını davam etdirən hökumət strukturları rəhbərlərindən biri də Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Xidmətinin Yevlax Regional Bölməsinin rəisi, böyük dövlət müfəttişi Elşad Məmmədovdur. Redaksiyamıza müraciət edən Qax rayonunun Qaxbaş kənd Turizm və İstirahət Mərkəzinin rəhbəri Regional Bölmə rəisinin onun obyektini keçən ilin avqust ayında əsassız yoxlatdırdığı qənaətindədir. Sahibkar bildirir ki, Elşad Məmmədov tək onun deyil, digər iş adamlarının da fəaliyyətinə əsassız müdaxilələr edərək, iş vaxtından səmərəli istifadə edilməsinə mane olur. Sözügedən istirahət mərkəzində aparılmış yoxlamanın aktında bildirilir ki, "Qaz Təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun , "Qazdan istifadə qaydaları"nın və bu sahəyə dair normativ aktların tələblərinə riayət edilməsi vəziyyətinin müəyyənləşdirilməsi üçün PLANA UYĞUN OLARAQ araşdırma təyin edilib.
İndi isə gəlin xatırlayaq, sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirlərinin 2 il müddətinə dayandırılması nəyi nəzərdə tuturdu: Ümumilikdə yoxlamalar haqqında qanuna nəzər yetirsək görərik ki, yoxlamalar planlı və plandankənar yoxlamalar olmaqla iki hissədə keçirilir. Dayandırılan yoxlamalar məhz planlı yoxlamalardır. Plandan kənar yoxlamaların təyin olunması üçün qanunda müəyyən hallar təsbit olunmuşdur. İnsanların sağlamlığı, dövlətin təhlükəsizliyi və sahibkarların özlərinin müraciətləri belə istisna hallardandır. Sahibkarlar şikayətlənirlər ki, Eşad Məmmədov bu halların heç birinin olmadığı halda "öz planını" doldurmaqdan ötrü yoxlama aparır. Müfəttişlərin məqsədi iş adamlarının fəaliyyətində "nöqsanlar tapmaq" və yaxud, əvvəldən məlum olan nöqsanları yenidən onlara xatırlatmaqla, Regional Bölmə rəhbərinin ortaya qoyduğu korruptiv şərtlərə boyun əydirməkdir.
Onu da qeyd etməyə dəyər ki, istehlakçıların qaz qurğularının ildə bir dəfə texniki baxışını keçirmək isə "Azəriqaz" İstehsalat Birliyinin vəzifəsidir. Dəfələrlə mətbuatda informasiyalar dolaşıb ki, Dövlət Qaz Nəzarəti Xidmətinin mənsubları "Azəriqaz"ın işçilərini abonentləri əsassız yoxlamalarla narahat etməkdə ittiham ediblər. Bizim göstərdiyimiz misalda isə əksinədir- DQNX-nin regional bölməsi "reketçilk" edir.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024