Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-04-2017, 20:13)
BSU-da Dünya Autizm Maarifləndirmə ayı ilə bağlı tədbir keçirilib - FOTOLAR

BSU-da Dünya Autizm Maarifləndirmə ayı ilə bağlı tədbir keçirilib - FOTOLAR

 

 Bu gün Bakı Slavyan Universitetində Birgə və Sağlam İctimai Birliyi və BSU-nun Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Dünya Autizm Maarifləndirmə ayı ilə bağlı tədbir keçirilib. 

Mediatv.az xəbər verir ki, tədbirdə çıxış edən Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Axundova Dünya Autizm Maarifləndirmə ayı ilə əlaqədar BSU-da baş tutan silsilə tədbirlər, kafedra nəzdində fəaliyyət göstərən Tələbə Psixoloqlar Klubu tərəfindən autizm sindromlu uşaqlar üçün keçirilən aksiyalar barədə məlumat verib. Autizm sindromlu uşaqlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini deyən S.Axundova bildirib ki, autizmlə bağlı maarifləndirmə istiqamətində çoxlu sayda qurum və ictimai birliklər Prezident İlham Əliyevin dəstəyi ilə mühüm layihələr həyata keçirir. 

Sonra Bakı Slavyan Universitetinin tələbələri tərəfindən autizmə dəstəklə bağlı hazırlanmış video-çarx təqdim edilib. Video-çarxda BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektor və dekanlar autizmlə bağlı fikirlər səsləndiriblər. 

Birgə və Sağlam İctimai Birliyinin qurucusu və sədri Aytən Eynalova tələbələr tərəfindən hazırlanan sosial çarxı yüksək qiymətləndirib. Rəhbərlik etdiyi İctimai Birliyin yaranması və fəaliyyətindən danışan A.Eynalova qeyd edib ki, Birgə və Sağlam İctimai Birliyi 2012-ci ildə qurulub.  Onun sözlərinə görə, autizmə dəstək məqsədi ilə yaradılan qurum Lider Qadınlar İctimai Birliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə birgə mühüm layihələrə imza atıb. A.Eynalova autizm sindromlu oğlu olduğuna görə fərqlilik duyduğunu, İctimai Birliyi oğlu Həmzə Eynallı kimi parlaq zəkalı uşaqlara dəstək olmaq məqsədilə yaratdığını vurğulayıb. 

Psixoloq Nərmin Rəhimli çıxışında autizm spekturumu pozuntusunun əlamətləri, autizmin tibb elmində kəşfi, bu sindromun sosial münasibətlərlə bağlı problemləri barədə iştirakçılara məlumat verib. Autist uşaqların xarakterik xüsusiyyətlərindən danışan psixoloq, tələbələr arasında autizm sindromlu uşaqların fərqliliklərini göstərən bir sıra testlər aparıb, autzimlə bağlı video təqdim edib. 

Tədbirdə çıxış edən Birgə və Sağlam İctimai Birliyinin layihə koordinatoru Xalidə Həsənova İctimai Birlik tərəfindən həyata keçirilən layihələr, beynəlxalq konfranslar, müxtəlif vaxtlarda təşkil edilmiş flashmoblardan danışaraq qeyd edib ki, İctimai Birlik autizm sindromlu uşaqlara dəstək üçün müxtəlif  xeyriyyə yarmarkaları təşkil edir. Yarmarkalardan əldə olunan vəsait autizm sindromlu uşaqların müalicəsinə xərclənir. 

Tədbirin sonunda İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Birgə və Sağlam İctimai Birliyi tərəfindən nəşr edilən “Autizm üzrə vəsait”, həmçinin autizmlə bağlı bukletlər tələbələrə paylanıb. Sonda autizmə həsr olunmuş himn səsləndirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024