Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-04-2017, 13:25)
AQRAR UNİVERSİTETİNDƏ YENİ LABOROTORİYALAR İSTİFADƏYƏ VERİLDİ - FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ YENİ LABOROTORİYALAR İSTİFADƏYƏ VERİLDİ - FOTOLAR

 

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil sisteminin köklü şəkildə modernləşdirilməsi qarşıya qoyulan əsas vəzifədir. Son  illərdə universitetin maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması tədrisin keyfiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaradır və  aqrar mütəxəssis hazırlığına töhfələrini verir.

Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında  kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, kənd təsərrüfatı sahəsində ölkənin kadr hazırlığı mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin bütün laboratoriyaları tamamilə yenilənib, müasir avadanlıqla təchiz edilib və yeni təcrübə bazaları yaradılıb. Bununla bərabər, universitetin təlim planları və proqramları Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib.

Həyata keçirilən tədbirlərin davamı kimi universitetin mühəndislik fakültəsində kənd təsərrüfatı texnikaları, meliorasiya və hidrotexniki qurğular tədris və elmi-tədqiqat laboratoriyalarının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamlı olmasının təsdiqidir.

Yeni laborotoriyaların təqdimat mərasimində universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, dövlət qayğısının hazırki səviyyəsi əmək bazarında  rəqabətə davamlı aqrar mütəxəssis, o cümlədən aqromühəndis və melorator kadrların hazırlanmasına hərtərəfli şərait yaradıb. Rektor  qeyd edib ki, Saatlı rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev yekun nitqində kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmasının vacibliyni, eləcə də kadr çatışmazlığını, gənclərin bu sahəyə cəlb edilməsinin stimullaşdırılmasını,  bu istiqamətdə işlərin davam edəcəyini bildirib. Şübhəsiz ki, ölkə başçısının  proqram xarakterli nitqi universitet kollektivi qarşında çox mühüm və məsuliyyətli bir vəzifənin durduğunu göstərib. Qeyd olunan müşavirədə meliorasiya və  kənd təsərrüfatının texniki resurslara təminatı sahəsində görülən genişmiqyaslı işlərin vacibliyinin qeyd olunması universitetdə “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”və “aqromühəndislik” ixtisasları üzrə kadr hazırlığının da diqqət mərkəzində saxlanılmasını tələb edir. Hazırda həmin ixtisaslar üzrə universitetə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Yəni tələbələr ödənişsiz təhsil alır və təqaüdlə təmin olunurlar. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə mühəndislik fakültəsinin tədris binasının əsaslı şəkildə yenidən qurulması, maşın-traktor parkının yaradılması, müasir laboratoriya avadanlıqları ilə təminat, habelə elmi-pedaqoji kadr potensialı onu deməyə əsas verir ki, burada mütəxəssis hazırlığı üçün hərtərəfli şərait yaradılıb.

Tədbirdə meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri Mirnaib Mirsalahov, kənd təsərrüfatı texnikası kafedrasının müdiri Nazim Nadirov və digər əməkdaşlar, eləcə də tələbələr çıxış edib, yeni yaradılan laboratoriyaların melorator və aqromühəndis kadrların hazırlanmasında, bu ixtisaslar üzrə təhsil alan tələbələrin praktiki bilik və bacarıqlarının inkişafında, innovasiyalı layihələrin işlənməsində, tələbələrin ideyalarının reallaşdırılmasında mühüm rol oynacağını qeyd ediblər. Eləcə də aqrar təhsilə olan diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

AQRAR UNİVERSİTETİNDƏ YENİ LABOROTORİYALAR İSTİFADƏYƏ VERİLDİ - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ YENİ LABOROTORİYALAR İSTİFADƏYƏ VERİLDİ - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ YENİ LABOROTORİYALAR İSTİFADƏYƏ VERİLDİ - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ YENİ LABOROTORİYALAR İSTİFADƏYƏ VERİLDİ - FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024