Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-04-2017, 11:13)
APREL QƏLƏBƏSİ AQRAR UNİVERSİTETİNİN TƏLƏBƏ EVİNDƏ GENİŞ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

APREL QƏLƏBƏSİ AQRAR UNİVERSİTETİNİN TƏLƏBƏ EVİNDƏ GENİŞ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

 

Aprel döyüşlərindən 1 il keçdi. Hələ də insanlar qazanılan qələbənin sevincini yaşayır. Doğrudr, bu qələbə neçə-neçə igid oğulların qanı bahasına əldə edildi. Bu qələbə həm də uzun illərin sükutunu pozdu, düşmənə Azərbaycan adlı bir dövlətin qüdrətini, hərbi gücünü  bir daha nümayiş etdirdi.

Mediatv.az:  ADAU-nun mətbuat xidməti bildirir ki, bu fikirlər aprel qələbəsinin ildönümünə həsr edilən və təhsil müəssisəsinin tələbə evində keçirilən tədbirdə səsləndirilib.

Tədbiri giriş sözü ilə Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açıb, qələbəni öz qanları ilə tarixə yazan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aidə Qasımova deyib ki, uzun illərdir erməni ordusu havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğalda saxlayır. Danışıqlara və razılaşmalara əməl etməyən bu ordu elə hesab edirdi ki,qarşılarında yenə də 90-cı ilin Azərbaycanıdır. Onlar Azərbaycanın silah və sursatından və hərbiçilərin təcrübələrindən xəbərsiz idilər. Aprel döyüşləri ordumuzun qüdrəti ilə yanaşı xalqın vətənpətvərliyini, qələbəyə inam ruhunun gücünü də təsdiq etmiş oldu. Bir daha dünya dövlətləri bildi ki,  bu vətənin igidləri var və onlar hər an torpaqlarını işğaldan azad etməyə hazırdır.

Tədbirdə çıxış edən, müzakirələrə qatılan tələbələr isə deyib ki, heç bir qələbə qansız, itkisiz əldə edilmir. Bu tarixi döyüşlərdə, aprelin 1-dən 6-dək davam edən və dünya dövlətlərinin diqqətini çəkən qısa müddətli müharibədə şəhid olan hər kəs millətin tarixində, bizim qəlbimizdə əbədi yaşayacaq. Həmçinin bildirilib ki, Ermənistan hakimiyyəti Aprel döyüşlərində verilən itki barədə müxtəlif rəqəmlər səsləndirsələr də, tezliklə həqiqət üzə çıxıb, itkilərin sayının daha çox olduğu açıqlanıb. Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumatda isə deyilib ki, Aprel döyüşlərində düşmən tərəf 300-dən çox ölü və 700-dən artıq yaralı ilə Azərbaycan qüvvələrinin qarşısında acız qalıblar

APREL QƏLƏBƏSİ AQRAR UNİVERSİTETİNİN TƏLƏBƏ EVİNDƏ GENİŞ MÜZAKİRƏ EDİLİB - FOTOLAR
APREL QƏLƏBƏSİ AQRAR UNİVERSİTETİNİN TƏLƏBƏ EVİNDƏ GENİŞ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024