Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-04-2017, 15:36)
Aqrar Universitetində “Aprel döyüşləri dönüş nöqtəsi oldu” adlı dəyirmi masa keçirilib - FOTOLAR

Aqrar Universitetində “Aprel döyüşləri dönüş nöqtəsi oldu” adlı dəyirmi masa keçirilib - FOTOLAR

 

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturualizm kafedrasının əməkdaşları təhsil müəssisəsinin Aqrar iqtisadiyyat fakültəsində “Aprel döyüşləri dönüş nöqtəsi oldu” adlı dəyirmi masa keçirib.

Mediatv.az:  ADAU-nun mətbuat xidmətinin xəbərinə görə tədbiri giriş sözü ilə kafedranın müdiri, professor Azad Bayramov açıb, aprel döyülərində şəhid olanların xatirəsi bir qəqiqəlik sükutla yad edilib. Professor deyib ki, keçən ilin aprel ayında  cəbhədə baş verən gərginlik Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları dondurulmuş kimi qələmə verilən müharibədə əsil dönüş nöqtəsi olub. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı uzun müddətdir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparılsa da təəssüflər olsun  hələlik Minsk Qrupunun həmsədrlərinin kifayət qədər beynəlxalq hüquqa söykənən ədalətli mövqelərini görə bilmirik, ikili standartlarla üzləşirik. Bu mənada aprel döyüşlərindən sonra Minsk Qrupu çərçivəsində bir sıra dönüşlər baş verib, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevlə görüşlər keçirilib.

Kafedranın müəllimlərindən Elgün Aslanov, Əbdürrəhman Kazımov və tələbələr də apel döyüşlərinin əhəmiyyətindən danışıb, bu döyüşlərinin Azərbaycan ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoyduğunu da vurğulayıblar. Bildirilib ki, ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirib. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu ortaya qoyub. Aprel döyüşləri həm də Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxarıb. Aprel döyüşlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Silahlı Qüvvələrimizin tam nəzarətinə keçib.

Dəyirmi masa iştirakçıları dövlət başçısının  aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçi ilə görüşünü və bu görüşdə verilən mesajları da yüksək qiymətləndirib.

Aqrar Universitetində “Aprel döyüşləri dönüş nöqtəsi oldu” adlı dəyirmi masa keçirilib - FOTOLAR
Aqrar Universitetində “Aprel döyüşləri dönüş nöqtəsi oldu” adlı dəyirmi masa keçirilib - FOTOLAR
Aqrar Universitetində “Aprel döyüşləri dönüş nöqtəsi oldu” adlı dəyirmi masa keçirilib - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024