Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-03-2017, 11:43)
Aqrar Universitetində pambıqçılığın inkişafında qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR

Aqrar Universitetində pambıqçılığın inkişafında qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Saatlıda pambıqçılığın inkişafı məsələləri ilə bağlı çıxışından irəli gələn müddəaların yerinə yetirilməsi üçün ADAU-nun qarşısında duran vəzifələr təhsil müəssisəsində keçirilən müşavirədə geniş müzakirə edilib.

Mediatv.az:  Prezident İlham Əliyevin dediyi kimi;  “Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır”. Ölkə başçısı onu da qeyd edib ki, “Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək.”

ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, böyük auditoriya qarşısında müzakirə edilən bu məsələdə professor-müəllim heyəti ilə yanaşı tələbələr də fəal iştirak edib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov giriş nitqində mövcud vəziyyətə münasibətini bildirib,  aqranom qıtlığının aradan qaldırılması üçün təkliflərini verib, eləcə də mütəxəssisləri dinləyib. Qeyd edib ki, ilk olaraq peşə hazırlığı məsələsi sürətləndirilməli, bununla yanaşı tədris proqramları günün tələblərinə uyğunlaşdırılmalı, laborotoriya avadanlıqları müasirləşdirilməli, tədris-təcrübə mərkəzləri genişləndirilməlidir. Bu halda biz ölkəyə tələb olunan kadrları verə bilərik.

Müşavirə toplantıda Aqrar Universitetdə yaradılan müasir təhsil şəraitindən və bu təhsil müəssisəsinə qəbul qaydalarının sadələşdirilməsindən də danışılıb. Vurğulanıb ki, rayon və kənd məktəblərindən əlaçı şagirdlərin seçilib imtahansız qəbul olunması da aqrar sahədə olan kadr qıtlığının aradan qaldırılmasını təmin edə bilər. Paralel olaraq qiyabi təhsiln genişləndirilməsi vacibdir və bu barədə də fikirlər səsləndirilib.

Çıxışlarda isə deyilib ki, önəmli olan bir də aqrar sahənin inkişafına dövlətin davamlı və dayanıqlı qayğı göstərməsidir. Bu qayğının nəticəsidir ki, indi aqrar sahə daha sürətli inkişaf edir. Bağçılıq, baramaçılıq, pambıqçılıq, taxılçılıq, tərəvəçilik, heyvandarlıq və quşçuluq inkişafının zirvə ömrünü yaşayır. Odur ki, bu sahə üzrə yeganə təhsil müəssisəsinin əməkdaşları olaraq daha səmərəli işləməli, aqrar sahəni bilikli və bacarıqlı kadrlarla təmin etməliyik. Bu dövlətin və ölkənin ərzaq təminatının tələbidir.

Aqrar Universitetində pambıqçılığın inkişafında qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR
Aqrar Universitetində pambıqçılığın inkişafında qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR
Aqrar Universitetində pambıqçılığın inkişafında qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024