Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-03-2017, 11:13)
“31 Mart Azərbaycanlıların soyqırımı günü xalqımızın qan yaddaşıdır” - Aqrar Universitetində növbəti tədbir keçirildi (FOTOLAR)

“31 Mart Azərbaycanlıların soyqırımı günü xalqımızın qan yaddaşıdır” - Aqrar Universitetində növbəti tədbir keçirildi (FOTOLAR)

ADAU- nun İctimai elmlər və multikulturalizm kafedrası “ 31 Mart Azərbaycanlıların  soyqırımı  günü xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirib.

Mediatv.az: ADAU-nun mətbuat xidmətinin xəbərinə görə faciə nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, AMEA-ının müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək 1918-1920-ci illərdə bədnam ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər ərazilərdə törətdikləri qanlı hadisələrdən danışıb. Bildirilib ki, qəsbkar düşmən xalqımıza qarşı dəhşətli soyqırımı həyata keçirib, on minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə yaşından və cinsiyyətindən aslı olmayaraq amansızcasına qətlə yetirib. O, bu hadisələr haqqında dünya ictimaiyyətinə daha geniş məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra kafedra müdiri, professor Azad Bayramov çıxış edərək ən qəddar və amansız terror hadisələrindən biri olan 31 Mart  soyqırımı haqqında deyib ki, mart soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifələrindən biridir. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanıların soyqırımı haqqında”  fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

Daha sonra müəllimlərdən İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Sevda Abdullayeva, tələbələrdən aqromühəndislik ixtisası üzrə I kurs tələbəsi Pərvinə Səttarova, dizayn ixtisası üzrə I kurs tələbəsi Nurtən İmanova, əczaçılıq ixtisası üzrə I kurs tələbəsi Samirə Quliyeva 31 Mart soyqırımı haqqında, eləcə də müxtəlif vaxtlarda erməni daşnaklarının Azərbaycanın digər bölgələrində törətdikləri qanlı cinayətlərdən geniş danışıb və şeir parşalrı ilə çıxış etdilər.

“31 Mart Azərbaycanlıların soyqırımı günü xalqımızın qan yaddaşıdır” - Aqrar Universitetində növbəti tədbir keçirildi (FOTOLAR)
“31 Mart Azərbaycanlıların soyqırımı günü xalqımızın qan yaddaşıdır” - Aqrar Universitetində növbəti tədbir keçirildi (FOTOLAR)
“31 Mart Azərbaycanlıların soyqırımı günü xalqımızın qan yaddaşıdır” - Aqrar Universitetində növbəti tədbir keçirildi (FOTOLAR)

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024