Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-03-2017, 17:32)
BDU-nun məşhur simasının oğlunu “zorlama” maddəsi ilə tutdular - VİDEO

Mediatv.az:   Bizim bir el məsəlində mart dərd ayı kimi göstərilir (“Mart çıxdı, dərd çıxdı”). Bu misalın hamını təsir dairəsinə saldığın iddia etmək olmasa da, BDU-da tədris hissəsinin rəisi, dosent İbad İbadov üçün bu mart doğrudan dərdli sayıla bilər. Ancaq o da var ki, İbad müəllimin dərdi martın çıxması ilə bitənə oxşamır.

Martın 16-ı İbad İbadov BDU-də 1979-cu ildən bəri tutduğu vəzifəsindən azad edilib. Lakin, çox orjinal bir yolla. Bildirildiyinə görə, ona bir qədər öncə rektor öz xoşu ilə ərizə yazıb işdən getməsini təklif edib. İbad müəllim onun üçün həyati əhəmiyyət kəsb edən bu vəzifəni tərk etməyə həvəsli görünməyəndə rektor Abel Məhərrəmov onu daha kəskin formada uyarıb: “Oyan-buyan eləsən özünü rüşvət almaq, oğlunu isə zorlama üstündə atacaqlar içəri” (sitat İbad İbadovun həyat yoldaşındandı).

İ.İbadov təhdidə boyun əymir. Lakin, qısa müddətdə onu rektorluğa çağırıb rəhbərlik etdiyi strukturun ləğv edildiyini və beləliklə də daşıdığı vəzifədən kənarlaşdırıldığın elan edirlər. Təxminən eks-nazir Ziya Məmmədovun başına gələnlər kimi.

Akademik Məhərrəmovun həmləsi bununla bitməyib. Onun vəd etdiyi sanksiya sondək reallaşıb. Belə ki, 16 mart 2017-ci il tarixdə günorta saatlarında İbad İbadovun oğlu Telmanın yaşadığı evə daxil olaraq özünə və ailə üzvlərinə heç bir səbəb göstərmədən onu 29 saylı Polis Bölməsinə, oradan isə Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparıblar. Ailəsinin verdiyi məlumata görə, polislər onlara qadın-uşaq demədən, zorakılıq edib, onları yerlə sürüyüb. “Biz elə bilirdik polis vətəndaşları qoruyur, heç demə o insanları yerlə sürüməklə məşğul imiş” (sitat İbad İbadovun yoldaşındandır).

Vəkil Yavər Hüseyn T.İbadovla görüşməyə çalışsa da ona bu şəraut yaradılmayıb. Gecə saatlarında isə T.İbadova zorlama və hakimiyyət nümayindəsinə qarşı müqavimət göstərmə maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Keçmiş “nadzor”  T.İbadov həbsinə qədər bizneslə məşğul olub.

Bəs bu tutdu-kəsdi kampaniyasının mahiyyətində nə durur? Axı akademik çevrələrdə hamı danışır ki, Abel Məhərrəmovla İbad İbadovun münasibətləri çox yaxşı olub. Onların hətta müştərək biznes layihələri, restoranları, istirahət mərkəzləri var. Təqdim etdiyimiz videoda ailə üzvlərinin həbsin gerçək səbəbləri ilə bağlı danışmaqdan yayındığını görürsüz. Bu, daha çox onların qorxmasına dəlalət edir. Çünki, bir qədər əvvəl İbad İbadovun nəvəsinin (qızının qızı) yaydığı videomüraciətdə onun atasının həbsində Nərgiz Paşayevanın şirkətindən yoxa çıxan hansısa pullardan söz açılmışdı. Bu videonun hakim dairələrdə hiddət yaratdığı söylənilir. Hətta o səviyyədə ki, buna görə İbad İbadovun iş kabinetində bir dəstə tərəfindən döyüldüyü, daha sonra xəstəxanaya düşdüyü deyilir. Nənəsinin deməsinə görə, həmin qızcığazın videosunun internetdən silinməsi tələb edilir.

Məlumat üçün bildirək ki, həmin qızın atası Aqil Əziz oğlu Hüseynov 3 aya yaxındır həbsdədir. A.Hüseynovdan və eləcə də İbadovlardan tələb edilir ki, “UR Stayl” MMC-nin (N.Paşayevanın himayəsində olan şirkət) kassasından “yoxa çıxan” pulu tapıb yerinə qoysunlar. Müşahidəçilərin qənayətinə görə, bu qalmaqalın nəticəsi kimi yaxın günlrdə Abel Məhərrəmovun da BDU-dakı karyerasına nöqtə qoyula bilər.(Azadliq.info)

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024