Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-03-2017, 14:15)
Ucarda buzovun ölü doğulması ilə əlaqədar yayılan məlumatların heç bir əsası yoxdur - RƏSMİ AÇIQLAMA

 

Mediatv.az:   Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Ucar rayonunun Gəraybəyli kənd sakini Cəbrayılov Abbas Malik oğluna məxsus heyvanın ölü buzov doğulması ilə əlaqədar məlumat yayılmışdır. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 08 mart 2017-ci il tarixində baytarlıq mütəxəssisləri vətəndaşın heyətində olmuş və heyvana baxış keçirmişlər. Baxış zamanı buzovun yetişmiş (9 aylıq) formada ölü vəziyyətdə doğulması məlum olmuşdur. Heyvan sahibi ilə aparılan söhbət zamanı o da məlum olmuşdur ki, heyvanda doğuş üçün gücənmələr 07 mart 2017-ci il tarixində, günün ikinci yarısında baş vermişdir. Lakin heyvan sahibi bir gün sonra baytarlıq mütəxəssislərinə müraciət etmişdir. Baytarlıq mütəxəssisləri müraciət edilən vaxtda heyvan sahibinin həyətində olmuş və doğuşu başlanan, köklük dərəcəsi normadan xeyli aşağı olan heyvana yardım göstərmişlər. Lakin göstərilən yardımlara və cəhdlərə baxmayaraq, balanın tərs gəlməsi və doğumun ləngiməsi ucbatından balanın ölü olduğu müəyyən edilmişdir.

 

KİV-də gedən iddiaya görə buzovun ölü doğulmasına dabaq vaksininin vurulması səbəb olmuşdur. DBNX bununla əlaqədar olaraq bildirir ki, 2017-ci ildə dabaq xəstəliyinə qarşı respublikada 2500000 (iki milyon beş yüz min baş) iribuynuzlu heyvan peyvəndə cəlb olunmuşdur. Lakin heç bir heyvanda mürəkkəbləşmə və balasalma müşahidə edilməmişdir. Eləcə də keyfiyyət sertifikatı olan dabaq vaksininin istifadə təlimatının 16-cı bəndində qeyd edilir ki, bu vaksinin boğaz heyvanlara tətbiqi zamanı balaya heç bir mənfi təsir göstərmir. Odur ki, balanın ölü doğuşunun vaksinin təsirindən baş verməsi əsasızdır və praktikada belə hal qeydə alınmamışdır.

 

Bildiririk ki, heyvan sahibi tərəfindən müxtəlif bəhanə və tələblərlə buzov cəsədinin müayinə üçün verilməməsi ucbatından balanın ölümünə səbəb olan halları müəyyənləşdirmək mümkün olmamışdır.

 

KİV-də bildirilir ki, guya  baytarlıq mütəxəssisləri vətəndaşın 3 baş malına dabaq əleyhinə peyvənd vurulsa da, akt tərtib edərkən onun heyvanlarının sayını 6 baş qeyd ediblər. Bu da yanlış, əsası olmayan növbəti məlumatlardan biridir. Bildiririk ki, peyvənd vasitələri heyvana tətbiq edilən zaman akt tərtib edilmir. Yalnız peyvəndləmə aparılan zaman qeydiyyat kitabında vətəndaşın neçə baş heyvanına vaksin vurulduğunu bildirən xanaya imza etdirilir. Qeydiyyat kitabında isə Cəbrayılov Abbas Malik oğluna məxsus yalnız 4 baş heyvana (2 baş inək, 2 baş düyə) vaksin vurulduğu və onlar tərəfindən imzalanması öz əksini tapmışdır. Eləcə də KİV-də gedən digər iddialar və fikirlər əsasızdır.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktik tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalı və zootexniki normalara uyğun qidalarla təmin edilməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024