Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-03-2017, 13:54)
Maaş və təqaüd məsələsinin BSU rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur - RƏSMİ AÇIQLAMA

Maaş və təqaüd məsələsinin BSU rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur - RƏSMİ AÇIQLAMA

 

Maliyyə Nazirliyi: “Layihə təsdiq olunduqdan sonra nazirlik vəsait ayıracaq”

 

Mediatv.az:  Dünən bir çox saytlar BSU-da əmək haqlarının yubanması ilə bağlı yenidən hay-küy qaldırıblar. Bəli, universitetdə fevraln ayının əmək haqqı yubadılır, amma bu məsələnin universitetin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Məlum olduğu kimi, ölkənin 12 universiteti üç aydır ki, tələbələrin təqaüdlərini verə bilmir, bir çox universitetlər isə əmək haqqını yubatmaqdadırlar. Əslində, bunun universitetlərin rəhbərliklərinə heç bir aidiyyatı yoxdur. Təqaüdlərlə bağlı Maliyyə Nazirliyi özü açıqlama yayıb. Orada deyilir: “Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək".

Bu təqaüdlərin məsələsi. Əmək haqlarına gəldikdə isə, bəlli olduğu kimi, ölkədə dolların kursu sabitləşmədiyindən valideynlər təhsil haqlarının ödənişləri ilə bağlı müəyyən poblemlərlə qarşılaşmışlar. Onlar ilin əvvəlindən bəri ödənişlərin bir hissəsini versələr də, onu tam ödəməkdə çətinlik çəkməkdədirlər. Universitet isə əmək haqlarını həmin ödənişlərin hesabına həyata keçirir. Digər tərəfdən, məsələ heç də bəzi saytların yazdığı kimi deyil, yəni universitet hamının maaşlarını saxlamayıb, texniki heyət və xidmət personalı əmək haqlarını əvvəlki qaydada, vaxtında alıblar. Müəllimlərin əmək haqqına gəldikdə isə, onların maaşlarının da ayın sonunadək verilməsi nəzərdə tutulmuşdur.   

Qaldı universitetdə bayram tədbirinin keçirilməsi və universitet rəhbərliyinin tələbələrlə birgə şənlik etmələrinə, burada qəribə heç nə yoxdur. Biz bununla bağlı onlara ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırlatmağı zəruri hesab edirik. Azərbaycan dövlətinin qurucusu ulu öndər demişdir:  “Bu bayram əmin-amanlığın, sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram insan haqlarına, hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Novruz onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi dönməz amil olubdur, müstəqilliyimiz möhkəmlənir, inkişaf edir. Şənliklər onu sübut edir ki, daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də ulu öndərin layiqli varisi kimi Novruzun yüksək səviyyədə qeyd olunmasını Vətənə bağlılığın rəmzi kimi dəyərləndirmişdir: “Harada yaşamasından asılı olmayaraq, bu bahar bayramını bütün azərbaycanlılar dərin məhəbbət və ehtiramla qeyd edirlər. Qoy onların bu hissləri dünya azərbaycanlılarının doğma Vətənə, ana dilinə və el-obalarına əbədi bağlılıqlarını daha da gücləndirsin”.

Bundan əlavə, BMT-nin Baş Məclisi 2010-cu il fevralın 23-də keçirilmiş iclasında “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsini qəbul etmiş və həmin gündən bu bayram qeyd olunur.

Belə olduğu təqdirdə  BSU-nun prorektorlarının tələbələrlə birgə rəqs etməsində, arada səmimiyyət körpüsünün olmasında nə pis iş var ki? Əslində sevinmək lazımdır ki, universitet rəhbərliyi ilə tələbələr bir-birinə bu qədər yaxın və doğmadır.

Qaldı,  universitetin tikinti meydanına oxşamasına, bu abadlığın, quruculuğun rəmzidir. Bu universitetə demək olar ki, hər gün xarici qonaqlar gəlir, onların üzünə yüksək səviyyədə təmir olunmuş, abadlaşdırılmış bir ali məktəbin qapıları açılır, üzümüz ağ olur.

Universitetdəki tədbirdə müğənnilərin iştirakına gəldikdə isə, bunu birmənalı şəkildə bəyan edirik ki, heç bir müğənni gəlib universitetdə mahnı oxumasına görə universitet rəhbərliyindən pul almayıb. N.Əliyeva YAP-ın Qadınlar Şurasının sədri kimi arada olan xətir-hörmətə əsasən onları dəvət edib və onlarda tədbirdə iştirak ediblər.

 

                                                                               

 BSU-nun Mətbuat xidməti  

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024