Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-03-2017, 17:44)
İslam Həmrəyliyi ilinə töhfə - FOTOLAR

   İslam Həmrəyliyi ilinə töhfə - FOTOLAR

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  elmi şurasının qərarı ilə nəşr edilmiş Fərhad Mirzə Qacarın “Səfərnamə” əsərinin təqdimat mərasimi keçirilmişdir.

Mediatv.az:  Kitabda Qacar sülaləsinin nümayəndəsiAbbas Mirzə Naibüssəltənənin oğlu Fərhad Mirzə Qacarın 1875-1876-cı illərdə Məkkəyə səfəri və Kəbə ziyarətindən danışılır. Kitabı farscadan Azərbaycan dilinə tanımış tarixçi alim, tarix ü.e.d. Tahirə Həsənzadə çevirmişdir.

 Təqdimat mərasimini Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunuin direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva Kəngərli açaraq Tahirə Həsənzadənin geniş elmi fəaliyyətindən və onun tərcümə etdiyi kitabın məziyyətlərindən danışmışdır.  O, Fərhad Mirzənin “Səfərnamə” əsərinin XIX əsr Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. A.Əliyeva Kəngərli əsəri təkcə yol qeydləri kimi deyil, həm də dövrün ictimai-siyasi vəziyyətini özündə əks etdirən ciddi mənbə kimi dəyərləndirmişdir. O, “Səfərnamə”nin çapını islam həmrəyliyinə töhfə adlandırmışdır.

Kitabla bağlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix ü.e.d., professor  Fərid Ələkbərli, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.e.d.dosent Əli Əliyev məruzə etmişlər. Onlar kitabın Osmanlı dövləti ilə Rusiya arasında müharibə ərəfəsində qələmə alınmasının hər iki dövlətin o zamankı social-iqtisadi, hərbi-siyasi vəziyyətinin araşdırılmasında, Qacarlar dövlətinin həmin dövrdə tarixi yerinin müəyyənləşməsində mühüm mənbə olduğunu qeyd etmişlər.  

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d., professor Azadə Musayeva, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.e.d. Əzizağa Nəcəfov, fil.ü.e.d. Nailə Səmədova, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və onun metodikası kafedrasının müəllimləri,Sevinc Qasımova, Mətanət Məmmədova, etnoqraf alim Esmira Cavadova, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Əkrəm Bağırov öz çıxışlarında əsərin farscadan dilimizə çevrilməsinin Azərbaycan tarixşünaslığı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər. Kitabda Azərbaycana aid yer adlarının bəzilərinin izahının verilməsinin, milli adət-ənələrin geniş təsvirinin etnoqraf və dilçilərimiz üçün əhəmiyyətli olduğu vurğulamışlar.

Sonda çıxış edən əsərin tərcüməçisi və tərtibçisi Tahirə Həsənzadə kitab üzərindəki iş prosesindən və əsərin tarix elmimiz üçün faydasından danışmışdır.

                                                                  İbrahim Quliyev                 

                                                      AMEA M.Füzuli adına Əlyazmalar

 

                                                             İnstitutunun şöbə müdiri

 

  İslam Həmrəyliyi ilinə töhfə - FOTOLAR
İslam Həmrəyliyi ilinə töhfə - FOTOLAR     

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024