Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-03-2017, 18:31)
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi - FOTOLAR

 

Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi

 

   Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir və xalqın mədəniyyəti ilə sıx bağlıdır. Azərbaycanda idman əsl tərəqqi yoluna respublika dövlət müstəqilliyi qazandıqdan sonra qədəm qoymuşdur. Müstəqilliyin ilk illərində bədən tərbiyəsi və idman işlərinin təşkili sahəsində çətinliklər var idi. Ümummilli Lider Heydər Əliyevin  Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 26 iyul 1994-cü il tarixli və Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında 18 aprel 2001-ci il tarixli Fərmanları ölkədə idmanın inkişafına güclü təkan verdi.

       Mediatv.az:   “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 28 dekabr 1998-ci il tarixli Fərmanı ilə qüvvəyə minmişdir. Qanunda bədən tərbiyəsi və idman təşkilatlarının fəaliyyətinin hüquqi, təşkilati, iqtisadi və sosial əsasları təsbit olunmuş, bədən tərbiyəsi və idman sahəsində Azərbaycan Respublikasında dövlət siyasətinin prinsipləri müəyyən edilmişdir.  2000-ci ildən başlayaraq Azərbaycan Respublikasında bir-birinin ardınca müasir idman kompleksləri tikilib istifadəyə verilmişdir.

          Dövlətin idmana böyük qayğısının daha bir təzahürü olan bu sağlamlıq mərkəzlərinin əksəriyyəti ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə inşa olunmuşdu. Ümummilli liderin gənclər və idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

          Mart ayının 3-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublika Velotrekində 5 mart -  Bədən tərbiyəsi və idman günü qeyd edilmişdir. İdman bayramı tədbirində rayonun tam orta məktəblərində təhsil alan idmanla məşğul olan, Dünya, Avropa yarışlarında,  Respublika və Bakı şəhər Çempionatlarında qalib olmuş məktəblilər iştirak edirdilər. Azərbaycan Velosiped Federasiyasının velosipedçilərinin bayraqlarla yürüşü ilə idman bayramı başladı. 

          İdman bayramında çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı  Asif Əsgərov qeyd etdi ki, ölkə idmançıları bu ilki bayramınlarını Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsi Yaradılmasının 25 illiyi barədə sərəncamının doğurduğu  böyük sevinc hissi ilə qeyd edirlər. Bu təntənədən ölkənin idman həyatında fəal iştirak edən nəsimililərə də böyük pay düşdüyünü vurğulayan rayon rəhbəri bədən tərbiyəsi və idman hərəkatının təmsilçilərini əlamətdar gün münasibətilə səmimi təbrik edib, Azərbaycan idmançılarına daha böyük qələbələr arzulayıb.

         Asif Əsgərov  daha sonra bildirib ki, dövlət başçısının 4 mart 2005-ci il tarixli sərəncamı ilə Azərbaycanda hər il martın 5-də Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması təsadüfi deyil. 1995-ci ilin məhz həmin günündə ümummilli lider Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşməsi və İdman Fondunu təsis etməsi Azərbaycanda layiqli ənənələri olan bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.Cənab İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. Birinci vitse-prezident, Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə bədən tərbiyəsinin kütləviləşməsinə və idmanın inkişafına qayğısı da öz töhfələrini verir.Son illərdə Azərbaycanda əksər bölgələri də əhatə edən 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. 2012-ci ili dövlət başçımız “İdman ili” elan etmişdi.

         Ötən il ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Qitənin ilk ən böyük idman yarışmasında Azərbaycan komanda hesabında 50 ölkə arasında ikinci yeri tutdu.  Sonrakı ildə ölkəmiz “Formula-1” Avropa Qran-pri yarışını, Ümumdünya Şahmat Olimpiadasını və digər beynəlxalq yarışları böyük uğurla təşkil etdi. Hazırda IV İslam Həmrəylik Oyunlarına son hazırlıq işləri görülür. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.

       Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən  idman bayramında müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları və məktəblilərin hazırladıqları flaşmob tamaşaçıların alqışları ilə qarşılanmışdır. Tədbir konsertlə davam etmişdir.

 

 

 


Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi
Nəsimi rayonunda 5 mart Bədən tərbiyəsi və idman günü qeyd edildi

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024