Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-03-2017, 19:16)
Sosial evlərlə bağlı qaydalar dəyişdirilib

Tez gələnin tez də mənzili olacaq

Mediatv.az:  Sosial evlərlə bağlı yeni qaydalar açıqlanıb. Onlardan biri də vətəndaşlara veriləcək sosial evlərlə bağlı qeydiyyatın növbəlilik prinsipi əsasında olmayacağıdır. Fins.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev məlumat verib. S.Nuriyev deyib ki, mənzillər satışa çıxarılandan sonra elektron sistemdə sifarişi tez verən şəxs də mənzili alacaq: “Erkən gələn erkən də mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeliylə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı “MİDA””MMC öz təkliflərini verəcək”.
S.Nuriyev bildirib ki, sosial mənzillərdən yararlanmaq istəyən vətəndaşlar üçün “Güzəştli mənzil” elektron sistemi yaradılıb. Vətəndaş ilkin mərhələdə orada qeydiyyatdan keçməlidir. Bu zaman onun üçün elektron kabinet yaradılacaq. Burada aparılan araşdırma nəticəsində onun güzəştli mənzil ala bilib-bilməməsi barədə qərar veriləcək.
İkinci mərhələdə mənzillər satışa çıxarılanda həmin elektron hesaba məlumat göndəriləcək. Kim istədiyi mənzilə tez sifariş versə, onun sifarişi qəbul ediləcək və həmin mənzil bloklanacaq. Bundan sonra onun ödəniş vasitələri müəyyənləşəcək.
S.Nuriyev qeyd edib ki, qeydiyyat eyni zamanda “ASAN Xidmət” mərkəzlərində də aparılacaq. Artıq bunun üçün MİDA Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzi ilə razılaşıb. Həmin mərkəzlərdə vətəndaşları məlumatlandırmaq üçün “call center”lər də xidmət edəcək. Yaxın günlərdə həmin xidmət işə düşəcək.
Xatırladaq ki, hazırda inşa olunan Yasamal Yaşayış Kompleksində 7-10 min insan məskunlaşacaq. 11,6 hektarlıq ərazidə 29 bina olacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024