Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-02-2017, 16:35)
AQRAR UNİVERSİTETİNDƏ QUŞÇULUQLA BAĞLI MÜŞTƏRƏK ELMİ-TƏDQİQAT İŞLƏRİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ QUŞÇULUQLA BAĞLI MÜŞTƏRƏK ELMİ-TƏDQİQAT İŞLƏRİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

        

       Quşçuluq sahəsində damazlıq işlərinin, eləcə də quşçuluğun inkişafını sürətləndirmək məqsədilə Dövlət Aqrar Universiteti və “Müsüslü” Damazlıq quşçuluq təsərrüfatı ilə bağlanan müqavilədən 2 ay keçib.

         Mediatv.az-a ADAU-nun mətbuat xidmətinin xəbərinə görə təhsil müəssisəsinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində ötən müddət ərzində aparılan  müştərək elmi-tədqiqat işləri müzakirə edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, bu müqavilə və birgə elmi tədqiqat əslində elm, təhsil və istehsalatın birləşməsinin təsdiqidir və olduqca səmərəli bir əməkdaşlıq, istehsalatla əlaqələrin daha da gücləndirilməsidir.  Bağlanan müqavilə isə razılaşdırılan formada həyata keçirilib. Layihənin baş tutması üçün ilkin mərhələdə “Müsüslü” Damazlıq quşçuluq təsərrüfatı 2000 min baş bir günlük cücəni, onların dərman və peyvənd vasitələrini, 8 ton müxtəlif çeşidli yemi ADAU-nun “Quşçuluq tədris-təcrübə mərkəzi” nə verib. Eyni zamanda işin həcmi, məzmunu müqavilənin ayrılmaz tərkib hissəsi olan və tərəflərin razılaşdığı proqrama uyğun həyata keçirilib. Yerinə yetirilmə müddəti müqaviləyə əlavə olunan təqvimə əsasən görülüb.

Universitetin layihəyə uyğun öhdəsinə düşən bütün işlər də yüksək səviyyədə yerinə yetirilib. 2000 baş quşdan 50 gün ərzində 1000 başı diri çəkisi orta hesabla 1,6 kiloqrama çatdırılaraq satışa verilib. Qalan 1000 baş quş isə 60 günə 2 kiloqrama çatdırılaraq satışa çıxarılıb.

Mətbuat xidmətindən onu da bildiriblər ki, ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində ümumi sahəsi 254 kvadratmetr olan “Quşçuluq tədris-təcrübə mərkəzi” yaradılıb. Məqsəd isə quşçuluq sahəsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bununla yanaşı mərkəzin 200 kvadratmetr sahəsində müasir tələblərə cavab verən ferma inşa edilib, 30 kvadratmetr ərazidə laborotoriya yaradılıb və avadanlıqlarla təchiz edilib. Burada kənd təsərrüfatı quşlarının bəslənməsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində müasir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir dioqnostika üsulları həyata keçirilir.

Müzakirədən sonra ekspert qurupu, ADAU-nun, “Müsüslü” Damazlıq quşçuluq təsərrüfatının və İmişli “Şəkər yem fabriki” nin nümayəndələri, “Quşçuluq tədris-təcrübə mərkəzi”ndə yetişdirilən quşların ətinin dequstasiyasını edib, dadından, ekoloji təmiz məhsul olmağından razılıq ediblər

AQRAR UNİVERSİTETİNDƏ QUŞÇULUQLA BAĞLI MÜŞTƏRƏK ELMİ-TƏDQİQAT İŞLƏRİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ QUŞÇULUQLA BAĞLI MÜŞTƏRƏK ELMİ-TƏDQİQAT İŞLƏRİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ QUŞÇULUQLA BAĞLI MÜŞTƏRƏK ELMİ-TƏDQİQAT İŞLƏRİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024