Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-02-2017, 19:37)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Şamaxıda tədbir keçirilmişdir - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Şamaxıda tədbir keçirilmişdir - FOTO

 

 

Mediatv.az:  Bu gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Şamaxı rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə yol-nəqliyyat hadisələrinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri Mərdan Mehdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Qasım Qasımov yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, belə tədbirlərin təşkilinə verdiyi dəstəyə görə BŞDYPİ-yə təşəkkürünü bildirmişdir.

Sonra Mərdan Mehdiyev çıxış edərək yol-nəqliyyat hadisələri, onların təhlili, əldə edilən nəticələr, hadisələrin baş vermə səbəbləri, onların acı nəticələri, eləcə də maddi və insan itkiləri ilə bağlı məlumatlar vermiş, son zamanlar aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq yol-nəqliyyat hadisələrinin azaldığı qeyd etmişdir. O, yol hərəkəti qaydalarının tələblərinin yerinə yetirilməsində nizam-intizama dəvət edilməsi məqsədilə hər kəsi DYP ilə birgə bu istiqamətdə keçiriləcək tədbirlərdə, təbliğat işinin gücləndirilməsində yaxından iştirak etməyə dəvət etmişdir.

Görüşdə xüsusilə gənclər tərəfindən böyük maraq göstərilən və Rusiya istehsalı olan "VAZ - 2106" və "VAZ - 2107" markalı avtomobillərdə konstruksiya dəyişikliyi, səs siqnalları, ictimai nəqliyyatdakı nöqsanlar, piyadaların məsuliyyətə cəlb edilməsi və əldə edilən nəticələrlə bağlı çoxsaylı

suallara cavab verilmiş, fikir mübadiləsi aparılmışdır.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024