Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-02-2017, 19:41)
Nərimanovda "Azərbaycan Turizm İnstitutu Məzunları" İB “Gənc Turizm Bələdçisi” layihəsi həyata keçirilib - FOTOLAR

Nərimanovda "Azərbaycan Turizm  İnstitutu Məzunları" İB “Gənc Turizm Bələdçisi” layihəsi həyata keçirilib - FOTOLAR

 

   Mediatv.az:   2017-ci ildə keçiriləcək IV İslam  Həmrəylik oyunlarında bələdçi qismində fəaliyyət göstərəcək qrupların  yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Turizm və Menecment Universiteti,  Nərimanov Rayon Gənclər və İdman İdarəsi   və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi birgə təşkilatçılığı ilə “Gənc Turizm Bələdçisi” layihəsi həyata keçirilib.

“Gənc Turizm Bələdçisi” layihəsi çərçivəsindəturizm sahəsində təhsil alan, və könüllü fəaliyyət göstərən yüksək səviyyədə müxtəlif xarici dil biliyinə malik tələbə və gənclər arasından bir qrup iştirakçı seçilərək, Turizm Bələdçiliyinin bütün nəzəri və praktiki biliklərinin öyrədilməsi məqsədi ilətəlimlər keçirilmişdir.

Təlimlər Azərbaycan Turizm və Menecment Universitetində Turizm Bələdçilərinin Attestasiyası Komissiyasının üzvləri tərəfindənAzərbaycan Coğrafiyası, Etnoqrafiyası, Tarixi, Arxeologiası, Mədəniyyət və  İncəsənəti, Bələdçi texniki peşə bilikləri mövzusu üzrə 12 gün həyata keçirilmiş o, cümlədən "Atəşgah məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğuna, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Mərdəkan Dendrarisi və qalasına, Ramanı Qalasına,  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna,"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və Azərbaycan Xalça Muzeyinə 7 gün praktiki ekskursiya təşkil olunmuşdur.

 

Layihədə iştirak edən tələbə və gənclər Attestasiyası Komissiyası tərəfindən imtahan edilərək, imtahandan uğurla keçən şəxslərə Bələdçilik lisenziya sertifikatları veriləcəkdir. Sertifikat almış bütün şəxslərin adlı siyahısı 2017-ci ildə keçiriləcək IV İslam  Həmrəylik Oyunlarının Könüllülərlə iş şöbəsi ilə bərabər gələcəkdə Bələdçik fəaliyyətini davam etdirmək məqsədi ilə  bütün turizm agentliklərinə göndəriləcəkdir. 

Nərimanovda "Azərbaycan Turizm  İnstitutu Məzunları" İB “Gənc Turizm Bələdçisi” layihəsi həyata keçirilib - FOTOLAR
Nərimanovda "Azərbaycan Turizm  İnstitutu Məzunları" İB “Gənc Turizm Bələdçisi” layihəsi həyata keçirilib - FOTOLAR
Nərimanovda "Azərbaycan Turizm  İnstitutu Məzunları" İB “Gənc Turizm Bələdçisi” layihəsi həyata keçirilib - FOTOLAR
Nərimanovda "Azərbaycan Turizm  İnstitutu Məzunları" İB “Gənc Turizm Bələdçisi” layihəsi həyata keçirilib - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024