Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (21-02-2017, 22:12)
AQRAR UNİVERSİTETİN ALİMLƏRİ ZAQATALADA - FOTOLAR

AQRAR UNİVERSİTETİN  ALİMLƏRİ  ZAQATALADA - FOTOLAR

 

AQRAR UNİVERSİTETİN  ALİMLƏRİ  ZAQATALADA “TÜTÜNÇÜLÜYÜN MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF PRESPEKTİVLƏRİ ” ADLI KONFRANSDA İŞTİRAK EDİB 

Mediatv.az:  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı digər sahələr kimi, tütünçülüyün də inkişafının zəruriliyini də qeyd edib. Bu da sözügedən sahənin inkişafında əsaslı dönüş yaradacağına böyük imkanlar açıb.

Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır.

ADAU-nun mətbuat xidmətinin xəbərində bildirilib ki, təhsil müəssisəsinin alimləri Zaqatala rayonununda “Tütünçülüyün mövcud vəziyyəti və  inkişaf perspektivləri” mövzusunda keçirilən ümumrespublika elmi-praktik konfransda iştirak edib, tütün əkən rayonlarından  olan fermerlərə, torpaq mülkiyyətçilərinə və iş adamlarına dəyərli məsləhətlər veriblər. Zaqatala, Qax, Balakən, Şəki, Goranboy, İmişli, İsmayıllı, Qazax, Qəbələ, Lerik, Masallı, Oğuz, Tovuz, rayonlarından olan torpaq mülkiyyətçiləri, fermerlər və sahibkarlar qarşısında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, ADAU-nun və müxtəlif  Elmi-Tədqiqat İnstitutlarının alimləri,  MKT nümayəndələri və fermerlər müxtəlif mövzularda məruzələr ediblər.

AQRAR UNİVERSİTETİN  ALİMLƏRİ  ZAQATALADA - FOTOLAR

Konfransı Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açıb. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkədə aparılan aqrar islahatın uğurlu nəticələri və qarşıda duran vəzifələr, bu sahədə alimlərin üzərinə düşən işlər barədə geniş məlumat verib. Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işlər üzrə prorektoru, professor Nizami Seyidəliyev isə tütünçülüyün inkişafına elmi yanaşmadan danışıb.

Konfransda “Respublikada tütünçülüyün iqtisadi və aqrotexniki əhəmiyyəti”,“Tütün bitkisinin becərilmə texnologiyası”, “Azərbaycanda tütününün seleksiyası və toxumçuluğunun təşkili, “Tütün bitkisinin xəstəlik və zərərvericiləri”,“Azərbaycanda tütün istehsalı və emalında yeni texnologiyaların tətbiqi” mövzularında məruzələr dinlənilib.

Sonda ADAU-nun alimləri tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərini, fermerləri və sahibkarları maraqlandıran sualları cavablandiriblar.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024