Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (21-02-2017, 20:12)
ADAU-NUN FAKÜLTƏLƏRİNDƏ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİR - FOTOLAR

 ADAU-NUN FAKÜLTƏLƏRİNDƏ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİR - FOTOLAR

 

Azərbacan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrası Aqrar iqtisadyyat, Aqrobbiznes və idarəetmə fakültələrində Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən  tədbir keçirib.

Mediatv.az:  ADAU-nun mətbuat xidmətinin xəbərinə görə əvvəlcə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kafedra müdiri, professor Azad Bayramov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Deyib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifələrindən biridir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüb. A. Bayramov Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılmasında görülən hüm işlərdən də  məlumat verib.

Kafedranın  müəllimlərindən E.Aslanov, Aqrar iqtisadiyyat fakültəsinin tələbələri  G.Seyidova, R.Məmmədov, Aqrobiznes və idarəetmə fakültəsinin tələbələrindən S.Həşimov, N.Allahverdiyevə, V.Əsədov çıxış edərək ermənilərin nəinki Xocalı, həmçinin müxtəlif vaxtlarda Qarabağın digər bölgələrində də törətdikləri qanlı cinayətlərdən bəhs ediblər.

ADAU-NUN FAKÜLTƏLƏRİNDƏ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİR - FOTOLAR
ADAU-NUN FAKÜLTƏLƏRİNDƏ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİR - FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024