Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-02-2017, 13:42)
Piyada keçidi tərs tikilir?!:Ceyranbatanda-FOTOLAR

Piyada keçidi tərs tikilir?!:

   

 “Azəravtoyol” “Ovqat”ın ovqatını necə xoş edib?

 

Mediatv.az: Piyada keçidlərinin vacib sayılan ünvanlarından biri də Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsidir. Qəsəbə sakinlərinin az qala ildə 3-4-ünün “qurbanlıq” olmasından və uzun çəkən yazışmalardan sonra nəhayət ki, bu ünvanda da piyada keçidinin tikintisinə başlanılıb. Artıq keçidin kənar dayaqları və pilləkən sütunlarının bünövrəsi də hazır sayıla bilər. Amma,... qəsəbə sakinlərinin xeberinfo.com-a verdiyi məlumatlara görə keçidin tikintisində bir tərslik müşahidə olunur. Keçidin yolun köhnə qəsəbə kimi tanınan hissəsi problemsiz olsa da, yeni məhəllə kimi tanınan hissəsi müxtəlif söz-söhbətlər doğurmaqdadır. Səbəb isə bu hissədə pilləkənin sakinlərin gediş-gəlişi olan küçə tərəfə deyil, əksinə tikilməsidir. Hansı ki, bu tərslik piyada keçidinin əhəmiyyətinə az da olmuş olsa belə təsirsiz ötüşmür.

Qəsəbə sakinləri bu faktı heç də sıradan bir mütəxəssis layihələndirməsi, ya da bir təsadüf saymır. Məsələ ondadır ki, bu pilləkən qeyd etdiyimiz kimi, sakinlərin gediş-gəliş tərəfinə tikilmiş olsaydı məşhur “Ovqat” restoranını iflic etmiş olardı... Dolanan söz-söhbətlərə görə tikintiyə məsul “Azəravtoyol” rəsmiləri necə deyərlər, “Ovqat”ın ovqatını korlamaq istəməyiblər. Minlərlə insan narazı olsa da, olsun. Niyə? Hansı səbəblərdən? Hələlik bu suallarla bağlı geniş yaza bilmirik.

 

Xeberinfo.com

Piyada keçidi tərs tikilir?!:
Piyada keçidi tərs tikilir?!:
Piyada keçidi tərs tikilir?!:

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024