Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-02-2017, 12:47)
DYP əməkdaşı Elnur Quliyevdən nazirə şikayət olundu

DYP əməkdaşı Elnur Quliyevdən nazirə şikayət olundu

 

Mediatv.az:   "Vediinfo.az"-ın redaksiyasına Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, ev 5, mənzil 4-də yaşayan Hüseynov Hüseyn Tapdıq oğlu tərəfindən daxil olan şikayət ərizəsi Dövlət Yol Polisi əməkdaşlarının növbəti qanunsuz əməllərindən bəhs edir. Vətəndaşın sözlərinə görə 90 YP 256 dövlət nömrə nişanlı yol patrul xidməti avtomaşını sürücüyə saxla əmri verib. DYP-nin əməkdaşı sürücünün idarə etdiyi avtomobilə yaxınlaşaraq ikincidən sənədləri verməyi tələb edib. Sürücü isə öz növbəsində onu nə üçün saxladıqlarının səbəbini soruşub. Sənədlərin qaydasında olduğunu görən yol polisi əməkdaşı sürücünü kəmər taxmadığına görə saxladığını bildirib. Sürücü Hüseynov Hüseyn kəmər taxdığını, amma yol polisinin saxla əmrindən sonra avtomobili saxlayarkən çıxardığını bildirib. Məsələnin qəlizləşdiyini görən yol polisi əməkdaşı sürücüdən aldığı sənədlərlə birlikdə öz xidməti avtomobilinə əyləşərək, sürücüyə bildirib ki, idarəyə gələrək sənədlərini geri götürə bilər. Məcburiyyət qarşısında qalan sürücü sənədlərini geri almaq üçün DYP-nin Lökbatan qəsəbəsində yerləşən müvafiq idarəsinə yollanır. Burada isə sürücü növbəti özbaşınalıqla rastlaşır. Sənədlərinin qanunsuz olaraq əlindən alındığını və yerində protokol tərtib edilmədən idarəyə çağırılmasına etiraz edən sürücüyə qarşı polis əməkdaşına yaraşmayan, xidməti fəaliyyətlə bir araya sığmayan ifadələrlə təzyiqlər göstərilib. Polis zabiti Quliyev Elnur Heydər oğlu daha da uzağa gedərək sürücünün başına oyun açacağını, onu Lökbatan qəsəbəsində avtomobil idarə etməyə həsrət qoyacağını bildirib. Bununla kifayətlənməyən polis zabiti sürücünün başına gələcəkdə oyun açacağını da çəkinmədən bəyan edib. Polis zabitinin qanunsuz hərəkətlərindən yuxarı instansiyalara şikayət edəcəyini bildirən sürücüyə kobud surətdə çıxış qapısını göstərən Elnur Quliyev heç kimdən qorxmadığını söyləyib. 
Özünün polis əməkdaşı tərəfindən təhqir olunduğunu və hüquqlarının kobud surətdə pozulduğunu bildirən sürücü baş verənlərlə bağlı Prezidentə, Daxili İşlər Nazirinə, Baş Prokurora teleqram vuraraq müraciət edib. Sürücü bildirir ki, ona qarşı edilən haqsızlığı və qanunsuz əməlləri həyata keçirən DYP əməkdaşı Elnur Quliyev hökmən cəzasını almalıdır. 
Məlumat üçün bildirək ki, DYP rəhbərliyi mütəmadi olaraq polis adına yaraşmayan hərəkətlərə yol verən, sürücüləri yersiz şəkildə incidərək hüquqlarını pozan əməkdaşlara qarşı müxtəlif formalarda cəza tədbirləri həyata keçirir. Bu yaxınlarda sürücüyə qarşı qanunsuz əməllərə yol verən DYP əməkdaşının polis sıralarından xaric olunması dediklərimizə əyani sübutdur. Ümid edirik ki, DYP rəhbərliyi vətəndaş Hüseyn Hüseynovun analoji şikayətini də nəzarətə götürərək qanun çərçivəsində tədbirlər görəcək. Əgər vətəndaşın şikayətində göstərdiyi faktlar təsdiqini taparsa polis zabitinin cəzalandırılacağı qaçılmazdır. 

Məsələ ilə bağlı gün ərzində DYP-nin qarşı tərəf kimi münasibətini öyrənmək cəhdlərimiz uğursuz alındı. Vətəndaşın şikayəti əsasında araşdırmalarımız davam edəcək. 
Ardı var…

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024