Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-02-2017, 17:26)
AQRAR UNİVERSİTETİNDƏ FAKÜLTƏ DEKANLARININ HESABATI DİNLƏNİLİR - FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ FAKÜLTƏ DEKANLARININ HESABATI DİNLƏNİLİR - FOTOLAR

 

         Azərbaycan Dövlət Aqrar Universitetində xeyli vaxtdır fakültə dekanlarının illik hesabatlarının dinlənilməsinə başlanılıb. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bu dəfə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, dosent Telman İsgəndərovun hesabatını dinləyib.

         Mediatv.az xəbər verir ki, ADAU-nun mətbuat xidmətinin xəbərinə görə dekan Telman İsgəndərov hesabat məruzəsidə bildirib ki, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində hazırda 4 kafedra-Yoluxmayan xəstəliklər, Epizootologiya,mikrobiologiya və parazitologiya, Əczaçılıq və BSE, Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedraları, həmçinin Baytarlıq klinikası, anatomiya və patoloji anatomiya muzeyləri, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris mərkəzi, qapalı balıq yetişdirmə laboratoriyası və açıq hovuzlar, vivarium,  informatika otağı və kitabxana fəaliyyət göstərir.  Məqsədimiz müasir tələblərə cavab verən yüksək ixtisaslı, dünya və avropa standartlarına uyğun baytar həkimlərinin, əczaçıların, zootexniklərin və balıqçıların hazırlanması, yeni tipli baytarlıq klinikasının qurulması, müasir, akkreditə olunan laboratoriyaların yaradılmasıdır. Eyni zamanda fakültənin bütün kafedralarında mühazirələrin interaktiv aparılması üçün lazımi avadanlıqlar mövcuddur. Universitet rəhbərliyinin güclü səyi nəticəsində, çox qısa bir müddətdə fakültənin tədris və yardımcı binaları əsaslı təmir edilib, bölgədə analoqu olmayan anatomiya və pataloji anatomiya muzeyləri, iri və xırda heyvanlar üçün cərrahi əməliyyat otaqları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris mərkəzi, qapalı balıq yetişdirmə laboratoriyası və açıq hovuzlar tikilib istifadəyə verilib. Əczaçılıq və BSE kafedrasında 3 yeni tədris laboratoriyası və 1 mühazirə otağı günün tələblərinə uyğun qurulub və tələbələrin istifadəsindədir.  Fakültənin beynəlxalq əlaqələrindən söz açan dekan əlavə edib ki, 2016-cı ilin 30 avqust -12 sentyabr tarixində 5 nəfər 5-ci kurs baytarlıq ixtisasının tələbəsi lİstanbul universitetinin baytarlıq təbabəti fakultəsində kliniki təcrübə keçib. 2016-cı ilin 13 sentyabr-12 dekabrında isə 3 nəfər 5-ci kurs rus bölməsinin tələbəsi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Baytarlıq Akademiyasında istehsalat təcrübəsində olub.

         Məruzə ətrafında çıxışlarda da deyilib ki, bu gün yüksək ixtisaslı kadr hazırlamaq üçün fakültədə hər cür şərait mövcuddur

AQRAR UNİVERSİTETİNDƏ FAKÜLTƏ DEKANLARININ HESABATI DİNLƏNİLİR - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ FAKÜLTƏ DEKANLARININ HESABATI DİNLƏNİLİR - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ FAKÜLTƏ DEKANLARININ HESABATI DİNLƏNİLİR - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ FAKÜLTƏ DEKANLARININ HESABATI DİNLƏNİLİR - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024