Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-01-2017, 14:16)
ADAU-da "pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda Elmi-Praktik konfrans keçirilib - FOTOLAR

ADAU-da "pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda  Elmi-Praktik konfrans keçirilib - FOTOLAR

 

Azərbaycan Dovlət Aqrar Universitetində Kənd təsərrüfatı Nazirliyi ilə birgə “Azərbaycan Respublikasında pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda  Elmi-Praktik konfrans keçirilib. 

Mediatv.az: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda digər sahələr kimi, pambıqçılığın da inkişafının zəruriliyini qeyd edib və bununla əlaqədar qarşıya konkret vəzifələr qoyub. Konfransdakı yekun nitqində prezident deyib: Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir,- pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda, bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik. Bu, mütləq olmalıdır. Hesab edirəm ki, pambıq yığanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, indi bir kiloqram pambıq üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. Bu, əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Pambıqçılıq sürətlə inkişaf etməlidir.” 

Bu fikirlər sözügedən sahədə əsaslı dönüş yaranacağına böyük inam yaradıb və Aqrar Universitetin alimlərini də hərəkətə gətirib. Eyni zamanda pambıqçılığın inkişafına elmi yanaşma zərurətini artırıb. Heç şübhəsiz yola salınan ildə pambıqçılıqda ürək açan uğular  qazanılıb. Sirr deyil ki, pambıqçılığın inkişafı bütün istiqamətlərdə əlverişlidir. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. Pambıqçılıq strateji əhəmiyyətli, əmək tutumlu və iqtisadi cəhətdən çox səmərəli istehsal sahəsidir.  Bu məhsula dünyada böyük ehtiyac var.

ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli bildirib ki, ötən ilin sentyabrında Sabirabad rayonunda Ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsindən sonra təhsil müəssisəsinin alimləri vaxtaşırı fermerlərlə görüşüb, onlara dəyərli elmi məsləhətlər, tövsiyyələr verib. Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri olan pambıqçılıqda  müvəqqəti tənəzzül demək olar aradan qalxmağa başlayıb.

Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  deyib ki, hazırda fermer təsərrüfatlarında pambıq istehsalının artırılmasına xüsusi diqqət var və bu məsələ cənab prezident İlham Əliyevin də xüsusi nəzarətindədir. Bu isə o deməkdir ki, pambıqçılıqda olan müvəqqəti tənəzzül sürətlə aradan qaldırılacaq. Bu baxımdan biz alimlərin də üzərinə böyük vəzifələr düşür.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov isə mətbuata açıqlamasında respublikanın pambıq əkən rayonlarından olan fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının daim dövlət tərəfindən dəstəkləndiyini, iqlim şəraitinə uyğun pambıq toxumlarının gətirilməsinə, eləcə də yerli sortların daha çox əkilməsinə üstünlük veriləcəyini deyib.

Konfransda Bərdə, Yevlax, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Ağdaş, Ucar, Kürdəmir, Beyləqan, İmişli rayonlarından olan torpaq mülkiyyətçiləri, fermerlər və sahibkarlar iştirak ediblər.

Konfransda  ADAU-nun və müxtəlif Elmi-Tədqiqat İnstitutlarının alimlərinin,  və fermerlərin müxtəlif mövzularda məruzələri dinlənilib.

ET Bitki mühafizəsi və texniki bitkilər institutunun şöbə müdiri Ələddin Tağıyevin “Yeni pambıq  sortları və onların toxumçuluğunun inkişaf   istiqamətləri”, Bitki mühafizəsi və texniki bitkilər institutunun direktor müavini professor Həsənalı Aslanovun “Pambığın becərilmə texnologiyası”, ET Aqromexanika İnstitutunun elmi işlər üzrə direktor müavini Novruz Nuriyevin “Pambıq istehsalında mexanikləşdirmənin mövcud vəziyyəti və inkişaf yolları”, ADAU-nun elmi işlər üzrə prorektoru, professor Nizami Seyidəliyevin “Pambıqçılığın inkişafında alimlərin rolu” və digər 10 dan çox məruzə dinlənilib.

Konfransda bildirilib ki, Aqrar Universitetin alimləri  bundan sonra da pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri, fermerlər və iş adamları ilə sıx əlaqə saxlayacaq və onlara elmi əsaslarla lazım olan köməyi göstərəcəklər.

ADAU-da "pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda  Elmi-Praktik konfrans keçirilib - FOTOLAR
ADAU-da "pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda  Elmi-Praktik konfrans keçirilib - FOTOLAR
ADAU-da "pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda  Elmi-Praktik konfrans keçirilib - FOTOLAR
ADAU-da "pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda  Elmi-Praktik konfrans keçirilib - FOTOLAR
ADAU-da "pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda  Elmi-Praktik konfrans keçirilib - FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024