Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-01-2017, 18:15)
AQRAR UNİVERSİTETİNDƏ MAGİSTRLİK DİSSERTASİYALARININ YERİNƏ YETİRİLMƏSİNƏ DAİR METODİKİ SEMİNAR KEÇİRİLİB - Fotolar

AQRAR UNİVERSİTETİNDƏ MAGİSTRLİK DİSSERTASİYALARININ YERİNƏ YETİRİLMƏSİNƏ DAİR METODİKİ SEMİNAR KEÇİRİLİB - Fotolar

 

        Ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesi olan magistraturada təhsilin keyfiyyətinin yüksəldilməsi Azərbaycan Dövlət Aqrar Universitetində qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə vacib olan məsələlərdən biri də magistratura səviyyəsində təhsilin yekun mərhələsi olan magistrlik dissertasiyasının müasir dövrün tələblərinə uyğun yerinə yetirilməsidir.

 Mediatv.az:  ADAU-nun mətbuat xidmətinin xəbərinə görə qeyd olunan məsələni müzakirə etmək məqsədilə universitetin Magistr Hazırlığı Mərkəzi tərəfindən 1-ci kurs magistrantlar üçün magistrlik dissertasiyalarının yerinə yetirilməsi dair metodiki seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov magistratura səviyyəsində tədrisin və elmi-tədqiqat işlərinin mövcud vəziyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Rektor deyib ki, aqrar sahədə əmək bazarının tələblərinə uyğun elmi-pedaqoji kadrların hazırlanması magistratura səviyyəsində fundamental və tətbiqi xarakterli dissertasiya işlərinin yerinə yetirilməsindən əhəmiyyətli dərəcədə asılıdır.

         Sonra, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, texnika elmləri doktoru, professor Qabil Məmmədov, Magistr Hazırlığı Mərkəzinin direktoru, dosent Aydın İsayev, gənc müəllimlərdən Rahil Muradov, Xanım Həsənova çıxış edərək magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər barədə danışıblar. Çıxışların sonunda magistrantları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

AQRAR UNİVERSİTETİNDƏ MAGİSTRLİK DİSSERTASİYALARININ YERİNƏ YETİRİLMƏSİNƏ DAİR METODİKİ SEMİNAR KEÇİRİLİB - Fotolar
AQRAR UNİVERSİTETİNDƏ MAGİSTRLİK DİSSERTASİYALARININ YERİNƏ YETİRİLMƏSİNƏ DAİR METODİKİ SEMİNAR KEÇİRİLİB - Fotolar
AQRAR UNİVERSİTETİNDƏ MAGİSTRLİK DİSSERTASİYALARININ YERİNƏ YETİRİLMƏSİNƏ DAİR METODİKİ SEMİNAR KEÇİRİLİB - Fotolar

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024