Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-01-2017, 15:51)
Milli Qəhrəman “qəhrəmanlıq” edib:amma, ... təqdir olunmadı

 

Milli Qəhrəman “qəhrəmanlıq” edib:

 

                   

 Goranboy rayonu Veysli kənd orta məktəbinin direktoru, Milli Qəhrəman Məhəmməd Həsənov qəhrəmana yaraşmayan hərəkətə yol verib

 

                          Milli Qəhrəmana hörmətlə yanaşılmalıdır

 

Mediatv.az:  Ötən həftə yazılı və elektron KİV-lərin gündəmini bir mövzu zəbt etdi:          “Milli Qəhrəman Məhəmməd Həsənov Bakı Slavyan Universitetinə (BSU) buraxılmadı.” Bu xəbəri 70-dən çox sayt və onlarla qəzet elə təqdim etdilər ki, sanki ordumuz Şuşaya və ya Xankəndinə bayraq sancmışdı. Mövzu ilə tanış olanda isə məlum olur ki, burada tam adi bir məsələdən söhbət gedir. Yox, elə düşünməyin ki, Milli Qəhrəmana qarşı hörmətsizlik edirəm. Əsla, özüm də keçmiş döyüşçü olduğumdan cəbhənin, səngərin, barıtın nə olduğunu yaxşı bilirəm. 1992-93-cü illərdə topçu batareyasının komandiri kimi Beylaqan tərəfdən Haramı düzündə, sonralar Qubadlıda, Zəngilanda, Laçında və Füzulidə döyüş yolu keçmişəm. Bu yolu keçən adam nəinki Milli Qəhrəmana, hətta adi bir döyüşçüyə də böyük hörmətlə yanaşır və yanaşmalıdır.  Bu səbəbdən döyüşdə göstərdikləri şücaətə görə Milli Qəhrəman Məhəmməd Həsənovun qarşısında baş əyirəm.

 

                      “Dünənkinə sağ ol, bugünkünə cavab ver”

 

Bu yerdə İ.V.Stalinin məşhur bir deyimi də yada düşür: “Dünənkinə sağ ol, bugünkünə cavab ver”. Bu prinsipdən yanaşanda M.Həsənovun bugünkü “qərhəmanlığı” heç də təqdir olunan hal deyil. Əvvəlcədən onu da deməyi özümə borc bilirəm ki, məni Slavyan Universiteti ilə heç nə bağlamır və onun rektoru xanım Nurlana Əliyeva ilə bir dəfə də olsun üz-üzə gəlməmişəm. Yəni, heç bir əlaqəmiz olmayıb. Bu yazı da, Milli Qəhrmanın döyüşçüyə yaraşmayan hərəkətinə bir döyüşçü təəssübkeşliyindən doğan hisslərdən yarandı. Çünki, döyüşçülərin, xüsusilə, Milli Qəhrəmanın adı  belə cılız məsələlərdə gərək hallanmasın. Məsələnin mahiyyəti hamıya məlum olsa da, bəzi detalları bir daha yada salaq. Deməli, Milli Qəhrəman Məhəmməd Həsənov vaxtilə təhsil aldığı BSU-ya gəlib, oradan nümunə kimi istifadə edərək, şagirdlərinə məlumat vermək istəyib. Yeri gəlmişkən onu da bildirim ki, M.Həsənov Goranboy rayonunda Veysli kənd orta məktəbinin direktoru işləyir. Mətbuatdan məlum olduğu kimi BSU-nun girişində mühafizəçi ondan bir sənəd göstərməsini istəyib. Çünki, imtahan sessiyası vaxtıdır və bu səbəbdən universitetə giriş məhdudlaşdırılıb ki, sessiyanın gedişatına heç bir maneə, kənar təsir olmasın. Qəhrəmanımız isə heç bir sənəd göstərmək istəməyib. Belə olan surətdə mühafizəçi prorektorla əlaqə saxlayıb. Oradan isə deyiblər ki, əgər universitetdə tanıdığı kimsə varsa, onu çağıraq, birlikdə auditoriyaları gəzsin. Yox, əgər tanıdığı yoxdursa, ona bir nəfər verək, universitetlə tanışlığını onunla həyata keçirsin. Bu isə Milli Qəhrəmanın, necə deyərlər,  “çestinə” dəyib və oradan geri qayıdaraq, bu barədə dərhal, yəni nəfəsi BSU-dan çəkilməmiş “Modern.az” saytına məlumat verib. Bundan sonra isə saytlar və qəzetlər səs-səsə verib, adi bir məsələni şişirdərək, dağa döndəriblər.

 

                            M.Həsənov niyə qərəzli olub?

 

Şəxsən keçmiş bir döyüşçü kimi Milli Qəhrəmanın bu hərəkəti mənə bərk toxundu. Axı, “Milli Qəhrəman” adı hər döyüşçüyə verilmir. Bu, yəqindir ki, M.Həsənov döyüşlərdə elə bir igidlik göstərib ki, onun bu şücaəti dövlət tərəfindən “Milli Qərəman” adı ilə mükafatlandırılıb.

Milli Qəhrəman “qəhrəmanlıq” edib:

Bu adı daşıyan qəhrəman isə, olduqca ciddi, təvazökar, sadə və səmimi olmalıdır. Bəs biz burada nə görürük? Milli Qəhrəman vaxtilə oxuduğu universitetə bir anlaşılmazlıq üzündən buraxlmayıb, o, isə bunu külli-aləmə car çəkib. Sual olunur, burada nə qəbahət iş var? Əgər sən vaxtilə oxuduğun doğma təhsil ocağına gəlmək istəyirsənsə, daşıdığın adın böyüklüyünü  nəzərə alıb, qabaqcadan görüş barədə BSU-nun rəhbərliyini məlumatlandırmalı və görüşü razılaşdırmalı idin. İnanıram ki, heç kəs bu görüşdən imtina etməzdi. Bu, bir. İkincisi, əgər sən doğrudan da universitetlə tanış olmaq istəyirdinsə və heç bir qərəzin, məqsədin yox idisə, sənə verilən təklifi qəbul edib, universitetə daxil ola bilərdin. Amma gedişat göstərir ki, sənin məqsədin, əziz qəhrəman, universitetlə tanışlıq deyilmiş. Sadəcə, hay-küy salmaq üçün sən bəhanə axtarırsanmış. Ona görə də dərhal məlum sayta məlumat verirsən.

 

      1988-cildə olan Sumqayıt hadisələri ilə Məhəmməd Həsənovun hadisəsində oxşarlıq var?!

 

Hər bir müqayisə qüsurlu olsa da, bu hadisə 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisəsini mənim yadıma saldı. Yəqin gənc nəslin bu barədə məlumatı az olar. Orta və yaşlı nəsil yaxşı bilir ki, 6-cı mərtəbədən erməninin aşağı atılmasını müxtəlif televiziyaların operatorları aşağıdan dərhal lentə alıblar. Elə həmin gün də, azərbaycanlıların vəhşi obrazını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə, çəkilmiş kadrlar bütün televiziyalardan yayımlanır. Sual olunur, həmin operatolar haradan bilirdilər ki, hansı gündə, hansı saatda və hansı binadan bir ermənini aşağı atacaqlar? Əlbəttə ki, əvvəlcədən bu, o vaxtki SSRİ KQB-nin (DTK) qurduğu ssenari idi.

 

Milli Qəhrəmanımız Məhəmməd Həsənovun bu hərəkəti də məhz həmin ssenarini xatırladır. Əgər bu, əvvəlcədən düşünülüb, hazırlanmış ssenari olmasaydı, nəyə görə adi bir anlaşılmazlıq dərhal mətbuata çıxarılır? Əgər, M.Həsənov bir balaca səbrli olsaydı, universitetə daxil olardı və qapıda bir az ləngitdiklərinə görə ondan üzr də istənilərdi. Bununla da adi kiçik bir məsələ həllini tapardı. Ona görə də bu yerdə çoxsaylı suallar adamı narahat edir.

 

          Doğrudanmı, Milli Qəhrəmanın məqsədi vaxtilə oxuduğu auditoriyalarla tanışlıq olub?

 

Əvvəla, orta məktəblərdə, dərslərin qızğın vaxtlarında, Milli Qəhrəman olan məktəb direktoru Bakıya nə məqsədlə gəlib? Bunun üçün Rayon Təhsil Şöbəsindən icazə alınıbmı? Doğrudanmı, Milli Qəhrəmanın məqsədi vaxtilə oxuduğu auditoriyalarla tanış olmaq idi? Bəs niyə bu istəyinə çatmaq üçün cəhd etməyib? BSU ilə qonşu olan Xarici Dillər Universitetinə qəhrəmanımız nə üçün gedib? Yoxsa, M.Həsənov orta məktəblərdə heç bir tətil olmadan, öz işini buraxıb universitetləri gəzmək üçün səfərə çıxıb? Özü də dərhal bunu da sevinə-sevinə sayta məlumat verib ki,  Bakı Slavyan Universiteti onu qəbul etmədi, lakin, Xarici Dillər Universiteti onu çox yaxşı qəbul edib.

 

 Yaxşı, bəs Xarici Dillər Universitetinədəmi nümunələr götürmək üçün getmişdin? Bütün bu suallar cavab istəyir. Cavab isə birdir. Görünür, qəhrəmanımız kimlərinsə istək və arzusunu yerinə yetirmək üçün, bu missiyanı boynuna götürüb ki, Bakı Slavyan Universitetinin və onun xanım rektorunun adını mənfi mənada hallandırsın. Bu, belə olmasaydı, hadisədən xəbər tutan rektor, professor Nurlana Əliyevanın şəxsən qəhrəmana zəng edərək, universitetə dəvətini qəbul edərdi. Bunu da etməyib. Əksinə, iki nəfərin arasında olan söhbəti də dərhal saytlara çatdırmazdı və özü də əda ilə bildirib ki, rektor sonradan onu universitetə dəvət edib, o isə bundan imtina edib. Yenə sual ortaya çıxır. Ay Milli Qəhrəman Məhəmməd Həsənov, bir xanım olaraq, rektor səni universitetə dəvət edir ki, anlaşılmazlıq aradan qaldırılsın, sənə hörmət və ehtiram göstərilsin, universitetdə sərbəst gəzməyinə, özünün də qəhrəman kimi lövhədə şəkilini görməyə şərait yaradılsın, sən isə bundan imtina edərək mətbuata car çəkirsən ki, xanımın təklifini qəbul etməmisən. Bəs hanı, sənin centlemenliyin? Şəxsən tanımasam da, eşitdiklərimdən və danışılanlardan məlumatım var ki, rektor N.Əliyeva heç vaxt özünü sərt məmur kimi aparmayıb. Hamıya bir ana, bir bacı, xeyirxah bir qadın ürəyi ilə yanaşıb. Bəs hanı sənin belə bir xanımın universitetə dəvətinə göstərdiyin xoş münasibət? Deməli, sənin niyyətin heç də xoş olmayıb. “Xoruzun quyruğu açıq-aydın elə bundan görünür”. Belə məlum olur ki, ölümdən qorxmayaraq, erməninin üzərinə dik gedən, bu yolda əyilməyib, şax dayanan, atılan güllələri vecinə almayan, düşmən qarşısında sınmayan Milli Qəhrəman Məhəmməd Həsənov kimlərinsə qarşısında şax dayana bilməyərək, sınıb. Bunun başqa adı yoxdur. Milli Qəhrəman olmaq, o demək deyil ki, nə istəsən edə bilərsən?

 

                        Milli Qəhrəmanlar üçün də Etik Davranış Kodeksi hazırlanmalıdır

 

Bildiyimiz kimi, Milli Məclisin üzvü olan deputatlar toxunulmazlıq statusu daşıyırlar. Amma, Astan Şahverdiyev kimi deputatın, Rusiyaya çörək dalınca gedən azərbaycanlıları “otxod”, yəni tullantı, adlandırması artıq deputatın etik davranış kodeksinin yaradılmasını gündəmə gətirib. Məlumatlara görə Milli Məclisin yaz sessiyasında bu məsələyə baxılacaq. Çünki, deputat toxunulmazlıq statusundan sui-istifadə edərək ağzına nə gəldi danışa bilməz. O cümlədən Milli Qəhrəman da öz statusundan sui-istifadə edib, nə istəsə edə bilməz. Necə deyərlər, döyüşdə qəhrəmanlıq göstərmiş insan, cəmiyyətdə ağır oturub, batman gəlməsi ilə bu müqəddəs adı həmişə ucada saxlamalıdır. Yoxsa, “Mən Milli Qəhrəmanam, nə istəsəm deyə, hara istəsəm gedə bilərəm” – prinsipi ilə yaşamaq olmaz. Onda nəinki Millin Qəhrəmanların, hətta, bütün döyüşçülərin, mənim kimi Qarabağ Veteranlarının, Əlillərin, Şəhidlərin adına da ləkə düşər. Belə yaramaz, hörmətli Milli Qəhrəman. Özün də məktəb direktoru, hörmətli ziyalısan. “Qəhrəman” adına hörmət qoymadın, heç olmasa direktorluğuna, ziyalılığına hörmət qoyardın. Sənin kimi ziyalıya yaraşardımı vaxtilə oxuduğun ali məktəbin və onun nüfuzlu, ziyalı olan xanım rektorunun adını mətbuatda hallandırmaq? Bu, nə keçmiş döyüşçüyə, nə də ziyalılığa yaraşan hərəkət deyildi. Onsuz da yel qayadan heç nə aparası deyil. Sənin bu hərəkətinlə də nə Slavyan Universitetinin, nə də xanım rektorun adı kiçilmədi. Əksinə, eşidib, bildiklərimdən gördüm ki, hamı səni qınayır. Görünür, yeni bir “qəhrəmanlıq” etmək ürəyindən keçirmiş ki, buna da nail oldun. Bu “qəhrəman” adını isə sənə, qarşısında əyilib-sındığın insanlar verdilər. İndi özün fikirləş, hansı qəhrəman adı daha uca və şərəflidir?

 

                      Baş vermiş hadisəyə susmaqla, düşmən olmaq istəmədim

 

Mənim keçmiş döyüşçü kimi, səngər yoldaşımızın bu gün belə bir “qəhrəmanlıq” etməsinə təəssüflənməkdən başqa əlimdən heç nə gəlmir. İnanıram ki, o səngərləri keçmiş, o barıtı iyləmiş keçmiş döyüşçülərin hər biri məhz belə düşünür. Mən, şəxsən qəbul edə bilmədim ki, döyüşlərdə can qoyub, ad çıxarmış bir qəhrəman,  bu gün cılız oyunlara qurban gedərək, belə qınaq hədəfinə çevrilib. Bunu da bir döyüşçü təəssübkeşliyi ilə yazdım ki, bəlkə oxuyub, hörmətli Milli Qəhrəman və orta məktəb direktoru olan ziyalı Məhəmməd Həsənov bir nəticə çıxartdı. Gözəl yazıçımız Məmməd Səid Ordubadinin belə bir fikri var: “O, kəs ki, mənim eybimi məndən gizlədir, istəkli gözüm də olsa, düşmənimdir”. Mən də bu prinsiplə çıxış edərək, baş vermiş hadisəyə susmaqla, düşmən olmaq istəmədim. Bir dost və keçmiş döyüşçü həmkar kimi iradımı bildirmək istədim. Nəticə çıxarmaq isə sənin ixtiyarındadır.

 

Tural Məmmədli

 

Redaksiyadan: qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Xeberinfo.com

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024