Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-01-2017, 22:14)
“Sovetski” məhəlləsinin bir hissəsi Yasamal Rayon İcra Hakimiyyətinə verilib

sovetski1_3617

Azərbaycan Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Mediatv.az:  “Report”un xəbərinə görə, qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

Qərarla Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələri arasındakı ərazidə 260 ədəd, Nəriman Nərimanov prospekti, Süleyman Tağızadə, Abdulla Şaiq və Lev Tolstoy küçələrinin əhatəsində, Nəriman Nərimanov prospekti və Lev Tolstoy küçələrinin kəsişməsindəki ərazidə 23 ədəd, ümumilikdə sayı 283 olan vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Yasamal Rayon İcra Hakimiyyətinə torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

Qeyd edək ki, göstərilən ərazi keçmiş “Sovetski” məhəlləsinə düşür.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018
25 06 2018