Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-12-2016, 13:44)
AQRAR UNİVERSİTETİNİN ALİMLƏRİ İLƏ FERMERLƏRİN ƏLAQƏLƏRİ GENİŞLƏNİR - FOTOLAR

AQRAR UNİVERSİTETİNİN ALİMLƏRİ İLƏ FERMERLƏRİN ƏLAQƏLƏRİ GENİŞLƏNİR - FOTOLAR

 

         Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri ilə torpaq mülkiyyətçilərinin, fermer və sahibkarların əlaqələri indi daha geniş formada,  elmi əsaslara söykənərək inkişaf edir. Bu isə nəticə etibarı ilə sahibkarın öz işinə inamını artırır, arxasında böyük alim ordusunun olduğunu təsdiqləyir. Torpağa düşən toxumun, saxlanan cinc mal-qaranın məhsuldarlığının artırılmasına böyük ümidlər yaradır.

          Mediatv.az bildirir ki, ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin mətbuata verdiyi açıqlamaya görə bu cür ünsiyyətin qurulması zamanın tələbi, dövlətin qarşıya qoyduğu vəzifədir. Universitetin Aqranomluq fakültəsində professor, müəllim və tələbələrin iştirakı ilə 15-dən artıq  fermerlə keçirilənFermerlərin mövcud problemləri və onun həllində alimlərin rolu” adlı görüş də məhz deyilən zərurətdən yaranıb. Görüşdə ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib ki, bu gün kənd təsərrüfatının inkişafı dövlətin hədəf götürdüyü əsas məsələdir və bu istqamətdə bizim alimlərin də üzərinə mühüm vəzifələr düşür. Təşkil edilən bu görüşlərdə isə əsas məqsəd  fermerlərin problemlərini dinləmək və mövcud kadr çatışmazlığında sizlərə yardımçı olmaqdır. Artıq xaricdən gələn kadrları daxili kadrlarla əvəz etməyin vaxtı çatıb. Bunun üçün dövlət tərəfindən Aqrar Universitetdə hər cür şərait yaradılıb və kifayət qədər təcrübəli, bilikli müəllimlərin hesabına bazar rəqabətli kadrlar hazırlaya bilirik. Madi-texniki baza, təcrübə saatlarını artırılması və sahələrdə keçirilməsi, müasir standartlara tam cavab verən laborotoriyalar imkan verir ki, tam əhatəli kadr hazırlayaq. İndi bilmək istəyirik fermer necə mütəxəssis görmək istəyir?

Dəyirmi masa arxasında keçirilən görüşdə samuxlu fermer Nəbi Qurbanov və şəmkirli fermer Oruc Məmmədov deyib ki, biz alim tövsiyyəsini və istiqamətini  özümüzə ən dəyərli kömək bilirik. Eyni zamanda bizə imkan yaradırsınız ki, təsərrüfatımız üçün gərəkli kardları tələbələr arasından seçə bilək.

Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri,dosent Arif Hüseyinov ilk olaraq torpaq analizlərinin vacibliyini və düzgün aparılmasını, hansı torpaqda hansı məhsulun əkilməsini bu analizlərin nətisəsi olaraq aparılmasının əhəmiyyətini izah edib.

Görüş zamanı qərara alınıb ki, fermerlər tez-tez auditoriyalarda olsunlar, təcrübələrini tələbələrə öyrətsinlər, həm də tələbələr arasından özlərinə lazım olan, şərtlərinə cavab verən kadrları seçə bilsinlər.

AQRAR UNİVERSİTETİNİN ALİMLƏRİ İLƏ FERMERLƏRİN ƏLAQƏLƏRİ GENİŞLƏNİR - FOTOLAR
AQRAR UNİVERSİTETİNİN ALİMLƏRİ İLƏ FERMERLƏRİN ƏLAQƏLƏRİ GENİŞLƏNİR - FOTOLAR
AQRAR UNİVERSİTETİNİN ALİMLƏRİ İLƏ FERMERLƏRİN ƏLAQƏLƏRİ GENİŞLƏNİR - FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024