Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-12-2016, 18:17)
Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir - FOTO

 Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir - FOTO

 

 

Dekabrın 28-də Şamaxı rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyəti və Şamaxının millət vəkili Elxan Süleymanovun birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

Mediatv.az tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və millət vəkili Elxan Süleymanov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Şamaxıda sosial-iqtisadi sahələrdə görülən işlərdən, əldə edilən uğurlardan danışmış, tədbir iştirakçılarını və bütün şamaxılıları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmişlər.

Çıxışlarda Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik gününün dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimiz arasında birliyin təşviqi və əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanmışdır.

Daha sonra tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etmişdir.

 

Tədbirin musiqili qonaqları Əməkdar artist Elnarə Abdullayeva, I Respublika muğam müsabiqəsinin laureatı Abgül Mirzəliyev, Əməkdar Mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, aşıq Rza Məmmədov, xanəndələr Mütəllim Dəmirov və Habil Şıxəliyev, Əməkdar artist Şirzad Fətəliyevin rəhbərliyi ilə “Şirvan” folklor qrupu, Antik Seyidovun rəhbərliyi ilə “Pirqulu” instrumental ansamblı, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Nağaraçalanlar” və “Buta” rəqs ansamblları ifaları ilə tədbirə rövnəq vermişlər.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024