Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-12-2016, 11:27)
Uşaqlara ayrılan vəsaitin hesabı sorulacaqmı?!:33243000 manat

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindəki yoxlamaların nəticəsi “Rabitə işi”ni xatırladır

 Mediatv.az:   Bir neçə ay əvvəl Hesablama Palatasının Kollegiyası 2014-2016-cı ildə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləməklə yanaşı, Milli Məclisə də məlumat verdi. Audit zamanı məlum oludu ki, məktəbəqədər təhsil müəssisələrində 2135 vahid proqnoza qarşı 1971 vahid qrup yaradılıb. Ki, bu da məktəbəqədər təhsil müəssisələrinin mövcud potensialının 92,3%-i deməkdir. 2016-cı ildə 40627 uşaq yerinə qarşı məktəbəqədər uşaq müəssisələrinə 37322 uşaq cəlb olunub.Məktəbəqədər uşaq müəssisələrindən başqa, İdarənin nəzdində 3 uşaq evi fəaliyyət göstərir ki, bu müəssisələrdə də 525 uşaq yerinə qarşı 485 uşaq, o cümlədən 1 nömrəli Uşaq Evi üzrə 108 uşaq, 2 nömrəli Uşaq Evi üzrə 274 uşaq və 3 nömrəli Uşaq Evi üzrə 103 uşaq tərbiyə olunur.

Audit zamanı məlum olmuşdur ki, idarə tərəfindən büdcə vəsaitlərinə tələbatın hazırlanması prosesində ayrı-ayrı məktəbəqədər təhsil müəssisələrindən və uşaq evlərindən büdcə vəsaitinə olan real tələbat barədə sifarişlər tələb edilməyib, əvvəlki illərdə nəzərdə tutulmuş vəsaitlərin icrası nəzərə alınmayıb. Bəzi xərclər üzrə tələbatdan artıq təkliflər təqdim edilib, bir sıra xərc istiqamətləri üzrə təklif olunan məbləğlər kifayət qədər əsaslandırılmayıb. Eyni zamanda Bakı şəhərinin müvafiq rayonları üzrə, həm də rayondaxili məktəbəqədər uşaq müəssisələri və uşaq evləri üzrə uşaq günlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində 1 uşaq gününə düşən ərzaq xərci proqnozu və faktiki xərci əhəmiyyətli şəkildə fərqli olub. Müəssisələrin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınıb.

Audit zamanı həmçinin idarə tərəfindən satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi” barədə müvafiq qərarın tələblərinə bir sıra hallarda əməl edilməməsi, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi nöqsanlara yol verilməsi aşkar edilmişdi.

Hesablama Palatasının Kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla, müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar da qəbul etmişdi.  

Qeyd edək ki, Hesablama Palatasının auditlərinin ən çox diqqət çəkən tərəflərindən birinnin də Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə “Kontakt-F” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), eləcə də “Baku Food-F” MMC-i arasında olan əməliyyatlar olub. Belə ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Şahin Əbdülrəhimovun direktor olduğu, Nəsimi rayonu, Binəqədi 7, ev 3 A, mənzil 47-də qeydiyyatda olan “Baku Food-F” MMC arasında ərzaq məhsullarının satın alınması ilə bağlı təxminən 20 milyon manatlıq maliyyə əməliyyatı olub. Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumatlara görə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə “Kontakt-F” MMC-i arasında da çoxsaylı maliyyə əməliyyatları olub. Bu əməliyyatların ümumi məbləği isə nə az, nə çox təxminən 13 milyon 243 min manata yaxın olub. Belə ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi “Kontakt-F” MMC-nin hesabına 2 milyon 50 min manatı digər alış və xidmətlər üzrə satın almasına, təxminən 2 milyon manatı  bərk inventarların satın alınmasına, 1 milyon 650 min manat  idarənin xərcləri üzrə satınalmaya, 813 min manatdan artıq vəsaiti dəftərxana və təsərrüfat mallarının satın alınmasına, 2 milyon 370 min manatı digər maşın və avadanlıqların satın alınmasına, 3 milyon 500 min manata yaxın büdcə vəsaitini sair xərclər üzrə satınalmaya, 860 min manatdan artıq pulu avadanlıqların satın alınmasına görə keçirib. Biznes aləminə yaxından bələd olan şəxslər isə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 5, mənzil 24-də qeydiyyatda olan, Dövlət Xəlilovun bu əməliyyatları həyata keçirmək üçün maddi-texniki bazaya malik olmadığına diqqət çəkirlər. Eyni zamanda çox böyük maliyyə əməliyyatlarının idarənin xərcləri, sairə xərcləri adı altında həyata keçirildiyi də diqqətçəkən məqamlardandır.

Bütün bu faktlar hazırda “Rabitə işi” adı ilə davam edən məhkəmə prosesini yada salır. Sabiq rabitəçilər də bu məbləğdə olmasa da, eyni ilə bu formada-şişirdilmiş, kağız üzərində-dövlət vəsaitini “sağ cibdən sol cibə qoyublar”. Və bu da acı sonluq...    

Hesablama Palatasının 2014-2016-cı illərdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı ilə bağlı hansı tədbirlərin görüldüyünə aydınlıq gətirməyə çalışacağıq. Göründüyü kimi, ortada heç də az olmayan dövlət vəsaitinin taleyi söz konusudur. Bu isə hər bir ölkə vətəndaşı üçün əhəmiyyətlidir. Hər bir ölkə vətəndaşının dövlət vəsaitinin hara və necə xərclənməsini bilmək haqqı var. (Müəyyən istisnalar olmaqla. Red.)

Biz yazını hazırlayarkən qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, dəfələrlə cəhd etsək də heç bir sualımıza cavab ala bilmədik(?)

Mövzu diqqətimizdədir.

Xeberinfo.com

шаблоны для dle 11.2

Xəbər lenti
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024