Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-12-2016, 12:14)
Abşeronda büdcə vəsaiti belə “yeyilib”:8637,4 min manat müəmması

 

Abşeronda büdcə vəsaiti belə “yeyilib”:

 

 Əsaslandırıcı hesablamalar aparılmamış, vəsaitlərin təyinatı dəyişdirilmişdir

Mediatv.az: Abşeron rayonunda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı mediada silsilə yazılar dərc olunmaqdadır. Bu yazılarda rayon rəhbərliyi tərəfindən büdcə vəsaitlərinin xərclənməsindəki qanunazidd faktlardan tutmuş, icra başçısı İradə Gülməmmədovanın müxtəlif biznesi və s.-dən bəhs olunur. Bir müddət əvvəl xeberinfo.com-da yer alan İradə Gülməmmədova Abşeronu necə abadlaşdırır?”sərlövhəli yazıda da Abşeron rayon rəhbərliyinin suallar doğuran, rayon sakinlərinin kütləvi narazılığına səbəb olan fəaliyyətindən yazmışdıq. Maraqlıdır ki, nə İradə xanım özü, nə də ki, Abşeron Rayon İcra Hakimiyyəti bu yazıların heç birini cavablandırmır. Bu isə məlum səbəblərdən heç də birmənalı qarşılanmır... Bu gün isə Hesablama PalatasıAbşeron Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlarda həyata keçirilmiş auditin nəticələrini açıqlayıb. Audit 4 qurumda həyata keçirilmiş və ümumilikdə 8637,4 min manat məbləğində vəsait əhatə olunmuşdur:

 

“Abşeron rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməmiş, gəlir və xərcləri müəyyənləşdirilərkən qeyri yaşayış sahəsi üzrə istismar yığımı nəzərə alınmamış, mənzil fondunun hər m2-ə düşən xərclər araşdırılmamış, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablamalar aparılmamış, bir sıra hallarda vəsaitlərin təyinatı dəyişdirilməklə icra edilmişdir.

 

Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilmiş, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsi ilə nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin, digər xərclərin, eləcə də vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanmış və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilmişdir.

 

Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi və işlərin dəyərinin artırılması, satınalmalar üzrə qanunvericiliyin və əmək məcəlləsinin tələblərinin gözlənilməməsi, lift xidmətində əhalinin sayının az göstərilməsi,  və. s nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilmişdir.

 

Auditlə əhatə olunan dövrdə bəzi qurumlar tərəfindən mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilmiş, artıq material və vəsait silgisinə yol verilmişdir.

 

 

Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmamış, hesabat dövründə kommunal xidməti üzrə əhali və qeyri-əhali qrupu üzrə məişət tullantılarının daşınması işləri əsasnamələrinə uyğun vəzifə və funksiyasına aid olan müəssisələrə həvalə edilməmiş, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artmışdır.

Xeberinfo.com

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024