Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-12-2016, 15:16)
Gədəbəyli sahibkar hələ də haqqını arayır... - Yediyarov SƏDDİ

Gədəbəyli sahibkar hələ də haqqını arayır...
Əslən Gədəbəy rayonundan olan Əliyev Oqtay Qaraoğlunun problemi, hələ də həllini tapmayıb.

Mediatv.az:   “Gündəm Xəbər” olaraq onun üz-üzə qaldığı problemin varlığını dəfələrlə ictimailəşdirmişik və problemin əmələ gəlməsinin səbəbləri haqda da, hər kəsi məlumatlandırmışıq. Təəssüf hissi ilə qeyd etmək yerinə düşər ki, təqribən ötən 17-18 ay ərzində Oqtay Qaraoğlunun problemi həll oluna bilərdi, amma hələ də həllini tapmayıb. Ümumiyyətlə, əldə etdiyimiz məlumatlara, gəldiyimiz qənaətə görə belə bir problemin həlli mümkündür, sadəcə olaraq ortada İH başçısının və digər vəzifə sahiblərinin istəyi olmalıdır. Belə bir istək olmadığından, hələ ki, problemin həlli həllolunmaz vəziyyətdədir. Oqtay Qaraoğlu bu gün də probleminin ədalətli həllinə can atır və cavabdehlik daşıyan qurumlardan haqqını tələb edir. O, “Gündəm Xəbər”in əməkdaşına bir daha bildirir ki, “mənim Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən və şəxsi mülkiyyətimdə olan 0.006 ha torpaq üstündə tikili 2 nömrəli 1 girişli, ümumi sahəsi 38,5 kvm olan obyektimi, 12 fevral 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda məni və yaxud da yaxınlarımdan bir kimsəni xəbərdar belə etdirmədən, bir neçə vəzifəli şəxsin təşkilatçılığı ilə altüst etdirib. Şəxsi mülkiyyətimdə olan obyektimə 08 iyul 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon Ərazi İdarəsindən qeydiyyat nömrəsi 3108001461, reyestr nömrəsi isə 505013000395-06301 olan 0001695 saylı çıxarış da almışdım. Heç cür hüquqa sığmayan belə bir addımlarla bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına yazılı, yaxud da şifahi müraciətlər etsəm də, hələ ki, heç bir nəticəsi yoxdur. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndində yazılır ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur. Bütün bunlar Konstitusiyada öz əksini tapsa da, bəs mənim mülkiyyət hüququm niyə qorunmur? Axı, mən də Azərbaycan Respublikası dövlətinin vətəndaşıyam, mənim də yaşamaq hüququmla bərabər, vətəndaş hüququm da var! Onu da vurğulayım ki, şəxsi mülkiyyətimdə olan 38,5kvm-lik obyektimi, 2011-ci ildə “Rabitəbank”a girov qoyub, bankdan 50 min manat kreditə pul da götürmüşdüm. Məqsədim gələcəkdə sahibkarlıq fəaliyyətimi genişləndirmək idi. 2014-cü ilin yay aylarında eşitdim ki, rayonun mərkəzindəki bir çox obyektlər, o cümlədən mənə məxsus obyekt də İH tərəfindən söküləcək. Dərhal yaşana biləcək problemlə bağlı “Rabitəbank”ı məlumatlandırdım. Həmin ilin sentyabr ayında bankın hüquqşünası Mənsur Osmanov adlı şəxs, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovla onun iş otağında görüşdü və bağlı qapılar arxasında apardıqları danışıqlardan sonra, icra hakimiyyətinin məsul şəxsləri ilə birlikdə bir daha mağazaya baxış keçirdilər. Hətta, mağazanın içərisində çəkliş etməkləri qalsın bir yana, onun anbarına da nəzarət etdilər. Bir qədər söz-söhbətdən sonra Mənsur Osmanov mənə bildirdi ki, “icra hakimiyyəti obyektini dağıtdıqlarına görə, sənə kompensasiya verəcəklər” desə də, hələ ki, həmin kompensasiyanı əldə etmək mümkün olmayıb. O hala da diqqət yetirmək lazımdır ki, obyektim dağıdlmazdan əvvəl bankla problemim əmələ gəlmişdi və yaşanan problemlə bağlı 2014-cü ildə məhkəmə prosesi də keçirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-824/2014 nömrəli, 15 aprel 2014-cü il tarixli qətnaməsinə və Bakı Apellliyasiya Məhkəməsinin 2(103)-3900/14 nömrəli 05 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, şəxsi mülkiyyətimdə olan mağazamın boşaldılması və hərrac yolu ilə satılaraq məbləğin kredit borcuna tutulmasına qərar verilmişdir. Belə olan halda sual oluna bilər ki, ortada Binəqədi rayon Məhkəməsinin və Bakı Apellliyasiya Məhkəməsinin çıxarmış olduğu qətnamə, eyni zamanda əmlakımın məhkəmə qiymətləndirmə ekspertizası tərəfindən 50 min manat dəyərində qiymətləndirilməsi ilə bağlı rəsmi sənəd olsa da, bəs səbəb nədir ki, bu gün “Rabitəbank” kompensasiyanı İH-dən tələb etmir? O halda kim deyə bilməz ki, Rabitəbank” şəxsi maraqlarını güdmür? Deməli, problemin də əmələ gəlməsinə, birbaşa bank tərəfinin şəxsi maraqlarını güdməsi olur. Əgər bu belə olmasaydı, o halda bank tərəfi Binəqədi rayon Məhkəməsinin və Bakı Apellliyasiya Məhkəməsinin çıxarmış olduqları qətnamələrin icrasına, eyni zamanda məhkəmə qiymətləndirmə ekspertizası tərəfindən 50 min manat dəyərində qiymətləndirilmiş məbləğin alınmasına cəhd edərdi. Bank tərəfi girovluğa qoyduğum əmlakımın darmadağın edildiyini bildiyindən, çox keçmədi ki, iddia tələbini ikinci girovluğa qoyulmuş əmlaka, yəni Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən- 5 ünvanında yerləşən mənziliə yönəltdi. Həmin mənzil də yaxın qohumum 1973-cü il təvəllüdlü İbrahimova Esmira Rüstəm qızının adına olduğu üçün, bank tərəfinin iddia tələbi əsasında məhkəmə prosesi Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində keçirildi. Onu da bildirim ki, şəxsi mülkiyyətimdə olan əmlakım məhkəmə qiymətləndirmə ekspertizası tərəfindən 50 min manat dəyərində, ikinci girovluğa qoyulmuş mənzil isə, 70 min manat dəyərində qiymətləndirilmişdi. İkinci girovluğa qoyduğum mənzillə bağlı Binəqədi rayon Məhkəməsində keçirilən məhkəmə prosesində, həmin mənzilin açıq hərrac yolu ilə satılması və əldə olunan pul vəsaitinin “Rabitəbank” ASC-nə ödənilməsi barədə Qətnamə çıxarılır. Çıxarılmış məhkəmə qətnaməsindən sonra, onun icrası ilə bağlı lazımi sənədlər Binəqədi rayon İcra Şöbəsinə göndərilir. 12 fevral 2016-cı il tarixdə isə, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mənim adıma, İbrahimova Esmira Rüstəm qızına, İbrahimova Aysel Elman qızına və Seyfarlı Aqşin Elman oğluna bildirişlər də çatdırıldı. Çatdırılan bildirişlərdə hərracın Səbail rayonu Badamdar qəsəbəsi M.Müşfiq küçəsi-2A ünvanında keçirildiyi və mənzilin ilkin olaraq 70000 min manata qiymətləndirildiyi qeyd olunsa da, satışın isə 44625 manata həyata keçirildiyi bildirildi. Hərrac mərkəzində satış başa çatdıqdan sonra, həmin mənzilə dair sənədlər 14 mart 2016-cı il tarixdə icra şöbəsinə qaytarılır. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzildə yaşayan beş nəfərlik ailə üzvləri, bayıra atılmaq təhlükəsi ilə üz-üzə qalıblar. Bu da bir ailənin faciəsi deməkdir. Əgər şəxsi mülkiyyətimdə olan əmlakım darmadağın edildikdən sonra, Gədəbəy RİH tərəfindən mənə vaxtında kompensasiya verilsəydi, o halda belə bir problem də əmələ gəlməzdi. Düzdür, mən bu gün də haqqımı tələb edirəm və “Rabitəbank” ASC əməkdaşlarının şəxsi maraqlarını güdmələrinə, səhlənkar addımlarına görə onları ittiham da edirəm. Ramiz Yediyarov 12 fevral 2015-ci il tarixdə rayonun M.Quliyev küçəsində yerləşən və şəxsi mülkiyyətimdə olan 0.006 ha torpaq üstündə tikili 38,5 kvm olan obyektimi darmadağın etdirsə də, mağazamın alt hissəsində yerləşən torpaq sahəsi, bu gün də şəxsi mülkiyyətimdədir. Çünki yuxarıda qeyd etdiyim kimi, həmin torpaq sahəsinə aid 08 iyul 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon Ərazi İdarəsindən çıxarış almışam. Mən həmin torpaq sahəsini deyil, yalnız qeyd olunan torpaq sahəsi üzərindəki 38,5 kvm-lik mağazamı “Rabitəbank” ASC-nə girovluğa qoymuşdum. Hansı ki, şəxsi mülkiyyətimdə olan mağazam icra başçısının şifahi tapşırığı ilə 12 fevral 2015-ci il tarixdə içərisindəki avadanlıq və ərzaq məhsulları ilə birlikdə viran edilib. Aparılan dağıntı işlərində də, şəhər üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramovun xüsusi rolu, müstəsna xidmətləri olur. O, heç bir sənəd-sübut söykənmədən qanunsuz addımlarını atarakən, qanuna məhəl qoymayır, yalnız icra başçısının şifahi tapşırıqlarını əsas tutur. Hələ, belə bir addımları azmış kimi, mağazamın içərisindəki ərzaq məhsullarını və bir çox avadanlıqları da “qeybə” çəkir. Bu yolla o, mənə xeyli miqdarda maddi ziyan da vurur. Hal-hazırda şəxsi mülkiyyətimdə olan 60kvm-lik torpaq sahəsi də əlimdən alınıb və həmin ərazidə İH tərəfindən hansısa bir abidə quraşdırılıb. Belə bir səbəb üzündən də, mən şəxsi mülkiyyətimdə olan torpaq sahəsi ilə də bağlı kompensasiyamı ala bilmirəm. Bunun da ən əsas səbəbi, şəxsi mülkiyyətimdə olan 0.006 ha torpaq sahəsinə aid sənədlərimin “Rabitəbank” ASC-də olmasıdır. Bu gün bank tərəfi nə həmin sənədləri mənə verir, nə də ki, həmin torpaq sahəsinə aid kompensasiyanı İH-dən tələb edir. Vəziyyətin belə bir həddə çatmasına da səbəb, Rabitəbank” ASC-nin şəxsi maraqlarını güdməsi olur”. Oqtay Qaraoğlu bizimlə söhbətində onu da bildirdi ki, “mənim Rabitəbank”la problemimin uzanmasına və bu günədək də həll olunmamasına səbəb, Gədəbəy rayon İH başçısının 1-ci müavini Qüdrət Paşayevin də oynadığı rol olub. Çünki, dəfələrlə cəhd etmişəm ki, Ramiz Yediyarovun qəbulunda olum və üz-üzə qaldığım problemin varlığını, birbaşa onun diqqətinə də çatdırım. Təəssüflər olsun ki, Qüdrət müəllim hər dəfə mənə imkan verməyib. Hətta elə hallar da olub ki, həftənin 5-ci günləri icra başçısının qəbul günü olduğundan rayona da getmişəm və qəbula yazılmışam. Həmin günlərdə də Ramiz Yediyarovun qəbuluna düşmək imkanı verilməyib. Mənə qarşı bu cür addımların atılmasını, özümə qarşı təxribat hesab edirəm və Qüdrət Paşayevi də, belə bir addımlarına görə qınayıram. Çünki o, icra başçısının 1-ci müavini olduğundan, əslində problemlərin həllinə onun özü çalışmalıdır. Bu belə olmalı olduğu halda, bəs nələr baş verir? Baş verənlər də göz önündədir”. Araşdırmamız davam edəcək. 
Qarşı tərəfi də dinləyə bilərik.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024