Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (6-12-2016, 11:29)
“Azər-Türk Bank”da 128 milyonluq qalmaqal - ARAŞDIRMA

“Azər-Türk Bank”da 128 milyonluq qalmaqal
Ötən həftənin sonu “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilməsi və rəhbərlikdə dəyişiklik edilməsi barədə məlumat yayılmışdı.

Mediatv.az:  Bankın dekabrın 2-də yaydığı rəsmi məlumata görə, iclasda “Azər-Türk Bank”ın İdarə Heyətinin (İH) tərkibinə dəyişikliklər edilib. Belə ki, Xalid Nurəddin oğlu Əhədov İH-nin üzvü seçilib.

Həmçinin İH-nin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib. O, yeni vəzifəsində Fərhad Adıgözəlovu əvəz edib. Qeyd edək ki, X.Əhədov bundan əvvəl ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub.

O, həmçinin “Unibank” və “Bank of Baku” ASC-lərdə rəhbər vəzifələrdə çalışıb. Xatırladaq ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur (report.az).

Bu “növbədənkənar iclas” və qəfil dəyişikliklər məsələsi, Qafqaz Xəbər Agentliyi olaraq, bizim də diqqətimizi çəkdi və təcili dəyişikliklərin səbəbini araşdırmağa çalışdıq.

Qafqaznews-a məlumat verən mənbələr bildirdilər ki, Fərhad Adıgözəlovun bank rəhbərliyindən uzaqlaşdırılmasına, habelə İH-də baş verən “kompleks” dəyişikliklərə səbəb külli miqdarda vəsaitin “diqqətdən qaçması” olub. Belə ki, mənbələrin məlumatına görə, “Azər-Türk Bank”da 128 milyon manatlıq qalmaqal yaşanıb və bu işə hüquq mühafizə orqanları da qarışıblar. Qafqaznews-a daxil olan məlumatda bildirilir ki, dekabrın 2-də Fərhad Adıgözəlovun özü də hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və bir gündən sonra sərbəst buraxılıb. Həmçinin, məlumatda sözügedən bankın maliyyə naziri Samir Şərifovun kurasiyasında olduğu bildirilir. Bu və digər məqamlara aydınlıq gətirmək üçün, “Azər-Türk Bank”ın mətbuat katibi Nəsimi Cəfərov ilə əlaqə saxladıq.

O, həqiqətən də dekabrın 2-də İH sədri və bir neçə İH üzvünün bankın idarəçiliyindən uzaqlaşdırıldığını təsdiqlədi. N.Cəfərovun sözlərinə görə, Müşahidə Şurasının qərarı ilə, Fərhad Adıgözəlov və digər bəzi İH üzvləri rəhbrlikdən kənarlaşdırılıb, Rumiyə Məmmədova isə İH-də saxlanılıb və o, hazırda müavin vəzifəsini həyata keçirir. “Bu qəfil dəyişikliklərin səbəbi nə olub?”, – deyə soruşduqda, Nəsimi Cəfərov belə cavab verdi: “Bu, Müşahidə Şurasının qərarıdır. O barədə mən heç nə deyə bilmərəm, hər hansı məlumata malik deyiləm”. Biz 128 milyon manatlıq qalmaqal haqqında da soruşduq.

Nəsimi Cəfərov əvvəlcə “Bilmirəm, məlumatım yoxdur” – deyə bildirsə də, bir qədər düşündükdən sonra “Yalnış məlumatdır” deyə əlavə etdi. Bank rəsmisi “saxlanılma” məsələsini isə belə şərh etdi: “O barədə məlumatlı deyiləm. Amma Fərhad Adıgözəlov dünən (bazar günü – red.) günün birinci yarısında bankda olub, hər hansı saxlanılma barədə eşitməmişəm”. “Bizim mənbələrin sözlərinə görə, saxlanılma hadisəsi ötən həftənin cümə günü baş verib”, – deyə qeyd etdik. “Elə bir məlumat yoxdur… Səhv informasiyadır”, – deyə N.Cəfərov bildirdi.

O, “Samir Şərifovun kurasiyaı məsələsi”nə də toxunaraq bildirdi ki,, “Azər-Türk Bank”ın səhmlərimin 75 faizi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə aiddir: “Dövlət adından bu səhmlərə nəzarəti Maliyyə Nazirliyi həyata keçirir və maliyyə nazirinin müavini də Müşahidə Şurasında iştirak edir”.

Nəsimi Cəfərov onu da əlavə etdi ki, ”Azər-Türk Bank” 2106-cı ili 10 milyon manatdan çox mənfəətlə başa vurmaqdadır: “Ümumiyyətlə, göstəricilərimiz müsbətdir. Bu barədə ilin sonunda ətraflı məlumat açıqlayacağıq”. 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024