Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-11-2016, 20:14)
İntizam Komissiyası deputatı cəzalandıra bilər - Elxan Süleymanovun qələmi qırılıb?

İntizam Komissiyası deputatı cəzalandıra bilər
85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputat Elxan Süleymanov AVRONEST Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunub.
Mediatv.az xəbər verir ki, Deputat Elxan Süleymanov AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri olduğu müddətdə Milli Məclisin komitə və plenar iclaslarına qatılmayıb.

Maraqlısı odur ki, Elxan Süleymanov AVRONEST PA-dakı vəzifəsindən azad olunduqdan sonra da Milli Məclisin iclaslarına gəlmir.

Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyevin fikirlərini öyrənib.

Parlamentin və deputatların intizam məsələlərinə cavabdeh olan komissiyanın sədri Ağacan Əbiyev Modern.az-a açıqlamasında bildirib ki, əgər Elxan Süleymanovla bağlı Milli Məclisin sədri İntizam Komissiyasına hansısa tapşırıq versə, bu, mütləq icra olunacaq:

“Əgər Milli Məclisin sədri deputat Elxan Süleymanovla bağlı bizə tapşırıq versə, onu İntizam Komissiyasına dəvət edəcəyik”.

Ağacan Əbiyev bildirib ki, deputatlara hansısa intizam cəzasının verilməsi parlamentin sədrinin tapşırığına əsasən həyata keçirilir:

“Hansısa deputata intizam cəzasının verilməsi, onunla bağlı ölçü götürülməsini Milli Məclisin sədri tapşırır”. 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024