Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-01-2014, 19:07)
Deputata 200 min manatlıq rüşvət ittihamı

AMİ-nin filial rəhbəri olan Tovuz Eminli 7 illik rəfiqəsi Aqiyə Naxçıvanlıya verdiyi pulu geri tələb edir 

Azərbaycan Müəllimlər İnstitutunun rəhbəri, deputat Aqiyə Naxçıvanlı ilə bağlı şok ittihamlar irəli sürülüb. JAM.AZ-a danışan mənbə bildirib ki, institutun yerli filiallarını bazara çevirmiş rektor, həm də onlardan birinin rəhbərindən 200 min manat pul alıb. 

Dəqiqləşdirmələr zamanı məlum olub ki, 200 min manat söhbəti Zaqatala filialının keçmiş direktoru Tovuz Eminliylə bağlıdır. 7 il bu filiala rəhbərlik edən Eminli 4 ay bundan əvvəl işdən çıxarılaraq, Müəllimlər İnstitutunun Salyan filialına rəhbər gətirilib. Orada 3 ay işlədikdən sonra isə rəhbərlik ondan ərizəsini yazaraq, işdən çıxmasını tələb edib. 

JAM.AZ-a verilən məlumatda qeyd olunur ki, Salyan filialına direktor təyin olunandan sonra Aqiyə Naxçıvanlı şəxsən Tovuz Eminlidən 200 min manat pul istəyib. Bunu həmin vəzifəyə keçirmək üçün aldığı şübhəsizdir. Sadəcə, istəyərkən borc şəkilində istəyib. Və bunu da belə əsaslandırıb ki, AMİ-nin əsas binasının təmir işlərinə pul çatdırmaq olmur, büdcədən vəsait ayrılan kimi geri qaytaracaq. 
Lakin indiyə qədər nə pulu geri verən var, nə də bu söhbətin üzərinə gələn. 

Məlumatlarda o da vurğulanır ki, Tovuz Eminli həmin pulu o zaman AMİ-də tədris şöbəsinin müdiri işləyən Telman Muradova çatdırıb. Və bu addımı atmağı da ona rektorun tapşırdığını deyib. 

Maraqlı məqam odur ki, Aqiyə Naxçıvanlı mətbuata verdiyi açıqlamasında Tovuz Eminlinin işdən çıxarılmasını onun ailəli olmaması ilə izah edib. Və bildirib ki, bu məsələdən başqalarından xəbər tutduqdan sonra onu işdən çıxarmaq qərarına gəlib. Maraqlıdır ki, hər iki şəxs bir biri ilə 7 il rəfiqə olublar və Aqiyə Naxçıvanlının Tovuz Eminlinin həyat yoldaşının olmamasından xəbərsiz olması və bu xəbəri də başqalarından eşitməsi inandırıcı deyil. 

JAM.AZ-a çatan məlumatlara görə, Tovuz Eminli təmir işləri üçün ondan alınmış 200 min manatı Aqiyə Naxçıvanlıdan geri tələb edir. Və bununla bağlı bəzi addımlar atmağı planlaşdırır. 

Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024