Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (29-09-2016, 11:43)
Elmar Vəliyev yola salınır

Elmar Vəliyev yola salınır

Gəncə meri Elmar Vəliyev yola salınır

Mediatv.az xəbər verir ki, bu barədə Politika.Az-a Gəncə şəhər İcra Hakimiyyətindəki (ŞİH) mənbədən məlumat daxil olub. 

2011-ci ildən şəhərə rəhbərlik edən E.Vəliyevin başqa vəzifəyə gedəcəyi xəbər verilir. İddialara görə, icra başçısı nazirliklərdən birində müavin postuna gətiriləcək. 

Baxmayaraq ki, E.Vəliyev uzun müddət Bakı şəhər İcra Hakimiyyəti başçısı olmaq üçün dəridən-qabıqdan çıxıb, yuxarı dairələri razı salmağa görə çarpışıb. 

Di gəl onun Hacıbala Abutalıbovun yerinə təyin olunacağı gözləntisi yüksək deyil. Məlumatda deyilir ki, Elmar Vəliyevin hansısa nazirin müavini olacağı haqda Gəncə ŞİH kluarlarında söz-söhbət yayılıb. 

Böyük ehtimalla Gəncənin icra hakimi 5 illik postundan vidalaşacaq.

Bu qərarın ölkə rəhbərliyinin kadr islahatı yoxsa Vəliyevin özünün karyera yüksəlişi üçün şəxsi təşəbbüsü olduğu dəqiq bilinmir. Onun hansı nazirin müavini olacağı da müəmmalıdır. 

Politika.Az-a verilən xəbərə görə, E.Vəliyev baş nazirin müavini də ola bilər. 

Amma onun nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunacağı istisna edilmir. Bütün bu versiyalar irəli sürülsə də, dəqiq bilinən Gəncənin icra başçısının dəyişəcəyidir. 

Qeyd edək ki, E.Vəliyev 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi işləyib. 
2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Prezidentin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib. Ailəlidir, üç övladı, bir nəvəsi var.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024